Şokoladlar xoşbəxtlik gətirir
06:35 22.01.2021
Sağlamlıq
1709
O, xüsusilə qadınların psixologiyası üzərində müsbət təsirlərə malikdir
Qida məhsulları içərisində əksər insanların, xüsusilə uşaqların xoşladığı şokolad və şokoladlı məhsullar dünyanın ən populyar desertlərindən biri hesab edilir. Müxtəlif növləri olan şokoladların tərkibi təbii və qarışıq olur. Təbii şokolad yalnız kakao çəyirdəyi (yağı) və şəkərdən alınır, qarışıq şokoladın istehsalında isə bu iki əsas inqrediyentdən əlavə süd, qəhvə, qoz və digər qida məhsullarından istifadə edilir. Bir çox insanların fikrincə, şokoladın ziyanı onun xeyrindən daha çoxdur. Bəs əslində o faydalıdır, yoxsa insan orqanizmi üçün ziyanlıdır?
Sualımızı cavablandıran həkim-dietoloq Nərgiz Nəzirova "Şərq"ə açıqlamasında bildirib ki, şokolad ürək və xərçəng kimi xəstəliklərlə mübarizə aparır. Həkimin sözlərinə görə, o, xüsusilə qadınların psixologiyası üzərində müsbət təsirlərə malikdir:
"Şokolad sinir sistemini stimullaşdırır. Əqli fəaliyyət ilə məşğul olan insanlara bu məhsul olduqca böyük xeyir gətirə bilər. Şokolad yaddaşı yaxşılaşdırır, insanlara stress və depressiyadan çıxmağa kömək edir".
Dietoloq qeyd edib ki, güclü dişlər bədəndə olan florun miqdarından asılıdır: "Şokolad isə bu maddə ilə boldur. Karamel və digər bu kimi şirniyyatlarla müqayisədə şokolad bizim dişlərimiz üçün qat-qat təhlükəsizdir.
Şokoladın tərkibindəki maddələr insanda xoşbəxtlik hormonunu artırır. Onun tərkibindəki yağ qandakı xolesterinin artmasına səbəb olmur. Şokolad allergiyaya səbəb ola bilər ki, allergiyalara meyilli olan insanlar bu məhsuldan imtina etməlidir.
Ondan kosmetologiyada çox geniş istifadə edirlər. Şokolad dərini daha yumşaq, zərif və cavan edir. Həmçinin şokoladın saxlanma şəraitinə də xüsusilə diqqət edilməlidir.
Şokoladın saxlanması üçün optimal temperatur 18±3°S, rütubət isə 75 faiz hesab edilir. Şokoladı Günəşin birbaşa düşən şüalarından qorumaq lazımdır. Onu sərin yerdə saxlamaq daha məqsədəuyğundur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual