SOS: “Laqeyd yanaşılsa, virusa yoluxma rekord həddə çatacaq”
Fidan Həmişəyeva
13:29 23.11.2020
Sağlamlıq
800
Hər gün dünyanın müxtəlif ölkələrindən COVID-19-la bağlı verilən məlumatlar "yoluxma sayı yüksəlib” sözləri ilə bitir. Vəziyyət nəinki yaxşılığa doğru dəyişmir, əksinə, gündən-günə ağırlaşır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında da dünyada son həftə ərzində koronavirusa yoluxanların da, bu təhlükəli virus səbəbindən vəfat edənlərin də sayının artdığı açıqlanıb.
Koronavirusla bağlı Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Təəssüf ki, son günlər dünyada olduğu kimi, ölkəmizdə də bir sıra obyektiv və subyektiv səbəblərdən yoluxma halları artıb. COVID-19 bəlası dünyanın kabusuna çevrilməyə başladığı günlərdən Azərbaycanda məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. İnfeksiyanın yayılma sürətini zəiflətmək üçün zəruri işlər görülür. Lakin təhlükəli virus Azərbaycanda da fəsadlar törətməkdə davam edir.
Bu gün ölkəmizdə COVID-19 infeksiyasına 2187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
Mövcud durumla bağlı “Sherg.az”a danışan “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva bildirib ki, vətəndaşların maska taxmaması, məsafə saxlamaması, dezinfeksiya vasitələrindən istifadə edilməməsi kimi hallar vəziyyətin gərginləşməsinə səbəb oldu.
Onun sözlərinə görə, karantin qaydalarına əməl etməyən insanlar təkcə öz həyatlarını deyil, fərqində olmadan əzizlərinin və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar:
“İnsanlar pandemiyaya qarşı mübarizəyə bu cür laqeyd yanaşmağa davam etsə, yoluxma sayının daha da artması və rekord həddə yüksəlməsi qaçılmaz olacaq.
Laqeydlik hər birimizə, yaxınlarımıza, ölkəmizə real təhlükə törədəcək. Yeni qaydalarla yaşamağı öyrənməliyik. Bizdən tələb olunan isə məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əllərimizi yumaqdır. Bu qaydalar elə də çətin deyil”.
Koronavirusla bağlı bütün dünya ölkələrində ciddi işlərin gördüyünü deyən Y.Abdıyeva vurğulayıb ki, Azərbaycanda da səlahiyyətli qurumlar tövsiyyələrini verir:
“Özünün və yaxınlarının sağlamlığına önəm verən insanlar qaydalara əməl edir. Biz bir çox məsələlərdə ictimai qınaq mexanizminin özünü doğrultduğunu və effektiv fayda verdiyini görmüşük. Fikrimcə, koronavirusla mübarizədə ictimai nəzarət mexanizminin həyata keçirilməsi insanların virusa yanaşmasını və davranışlarına müsbət mənada təsir edə bilər.
Pandemiyanın bəşəriyyət və ölkəmiz üçün nə dərəcədə təhlükəli olduğunun ciddiyətinə varan insanlar pandemiya ilə mübarizədə səlahiyyətli şəxslərə və həkimlərə kömək etsələr, yaxşı nəticələr əldə edə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət