SOS !- Xəstəxanalar da virus mənbəyidir? – İZAH
08:02 22.11.2020
Sağlamlıq
801
“Azərbaycanlılarda belə bir ənənə var, kim xəstə yatırsa, ziyarət olunmalıdır. Ziyarət eləməsə, qohumlar arasında düşmənlik yaranır”
“Xəstəxana qapılarına qıfıl vurmalı və heç kimi xəstənin yanına buraxmamalıdır”
“Virus daşıyıcısı olub xəstə yanına gələn şəxs, nəticədə, yaxınını da, onunla eyni otaqda qalanı da, başqa ziyarətçiləri də yoluxdurur”
Dünən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2735 yeni yoluxma faktı qeydə alınıb, 1374 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sherg.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 89898 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 62243 nəfər müalicə olunaraq sağalıb, 1107 nəfər vəfat edib, aktiv xəstə sayı 26548 nəfərdir. Ölkədə son sutka ərzində 16220, hazırkı dövrədək isə 1592280 test aparılıb.
Virusa yoluxanların artması xəstəxanaların da yoluxma mənbəyi olduğu iddialarına səbəb olub. Bu isə əhali arasında narahatlı q yaradıb.
Məsələyə münasibət bildirən pediatr Vaqif Qarayev "Sherg.az”a açıqlamasında xəstəxana personalının mütəmadi olaraq COVİD-19 testindən keçdiyini deyib:
“Azərbaycanlılarda belə bir ənənə var, kim xəstə yatırsa, ziyarət olunmalıdır. Ziyarət eləməsə, qohumlar arasında düşmənlik yaranır. Bu xalqın günahı deyil, xəstəxanın günahıdır ki, qapılarına qıfıl vurmalı və heç kimi xəstənin yanına buraxmamalıdır.
Bununla virusu yoluxma olmayan xəstəxanalara daşımış olurlar. Virus daşıyıcısı olub xəstə yanına gələn şəxs, nəticədə, yaxınını da, onunla eyni otaqda qalanı da, başqa ziyarətçiləri də yoluxdurur. Xəstəxanada yoluxma ancaq bu cür olur. Çünki xəstəxana personalı mütəmadi olaraq COVİD-19 testindən keçir.
Baxın, əvvəllər də mövsümi qripə yoluxmuş şəxslər üçün deyirdik ki, maska taxmalı, sıxlıq olan yerlərə, işə getməməli, özünü təcrid etməlidir. Yəni virusların yayılma yolları eynidir. COVİD-19-un fərqi çox sürətlə yayılmasındadır.
Əlavə olaraq, mənim fikrimcə, rəsmi məlumatlardakı rəqəmlər real deyil. Bu sadəcə həmin gün testdən keçmiş insanların sayıdır. Realda yoluxma sayı kifayət qədər çoxdur”.
Aysel İbrahimova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual