Stent hər dərdin çarəsi deyil - Professor cəmiyyəti xəbərdar etdi

Ürək xəstəlikləri dünyada və Azərbaycanda ölüm səbəbləri arasında ilk yerlərdədir. ÜST-ün məlumatına görə, ölümlərin təxminən 30 faizi ürək-damar xəstəlikləri ilə bağlıdır. Buna baxmayaraq, ürək sağlamlığı ilə bağlı cəmiyyətdə bir çox yanlış inanclar mövcuddur. Türkiyəli kardioloq professor Şahin Şenay isə deyir ki, halbuki ürək sağlamlığını qorumağın ən effektiv yolu düzgün məlumatı vaxtında tətbiq etməkdir.

Sherg.az professorun aşağıdakı yol xəritəsini təqdim edir:

1. Ürək xəstəliyi yalnız yaşlılarda olur - YANLIŞ

Ürək tutmalarının təxminən 20 faizi 45 yaşdan aşağı şəxslərdə müşahidə olunur. Siqaret, piylənmə və hərəkətsizlik gənclərdə əsas risk faktorlarıdır.

2. Ən yaxşı müalicə stentdir - YANLIŞ

Ən yaxşı müalicə xəstəyə görə dəyişir. Bəzən dərman, bəzən stent, bəzən də bypass daha uyğun gəlir.

3. İdman edirəmsə, ürək xəstəliyim olmaz - YANLIŞ

İdman riski azaldır, amma genetik meyl, yüksək təzyiq və xolesterolu tam aradan qaldırmır.

4. “Check-up” etdirmişəmsə, problem yoxdur - YANLIŞ

Bəzi damar daralmaları uzun müddət simptomsuz inkişaf edə bilər. Müayinələr fərdi riskə uyğun aparılmalıdır.

5. Genetikdirsə, qarşısını almaq olmaz - YANLIŞ

Genetik meyl riski artırır, amma düzgün nəzarət və erkən müayinə ilə infarkt riski 40-50% azaldıla bilər.

6. Xolesterolum normaldırsa, risk yoxdur -YANLIŞ

İnfarkt keçirənlərin 40 faizində ümumi xolesterol normal olur. Əsas göstərici LDL və ümumi risk profilidir.

7. Ürək xəstəliyi kişilər üçün daha təhlükəlidir - YANLIŞ

Qadınlarda ürək xəstəliyi daha gec başlasa da, daha ağır keçə və daha gec diaqnoz edilə bilər.

8. Ürək xəstələri idman etməməlidir - YANLIŞ

Həkim nəzarətində edilən uyğun idman ölüm və təkrar infarkt riskini azaldır.

9. Bir az yüksək təzyiq təhlükəli deyil -YANLIŞ

Təzyiqdə kiçik artımlar belə infarkt və insult riskini ciddi şəkildə yüksəldir.

10. Ürək xəstəliyi yalnız ürəyə təsir edir - YANLIŞ

Ürək xəstəlikləri insult, böyrək, ağciyər və qaraciyər problemlərinə də səbəb ola bilər.