Stress kökəlməyə səbəb olur? – Dietoloqdan mühüm tövsiyə !
Fidan Həmişəyeva
12:02 06.01.2021
Sağlamlıq
889
Hamı bilir ki, kökəlməyin əsas səbəbi qidalanmadır. İnsan sərf etdikdən daha çox kalori qəbul edirsə, təbii ki, kökəlməyə səbəb olur. Amma elmi araşdırmalara görə, kökəlmənin tək səbəbi bu deyil. Stress və yuxunun az olması da çəkinin artmasına əsas səbəblərindəndir.
Depressiya bəzi insanlarda çəki azalmasına səbəb olsa da, bir çoxları stressdən kökəlir. Kökəlməni sürətləndirən digər amillərdən biri də hormonal pozğunluqlardır. Məlumdur ki, hormonal pozğunluqlar adətən depressiv hallarda baş verir.
Dietoloq-həkim Ofelya Tahirovanın “Sherg.az”a açıqlamasına görə, stress zamanı qanda qlükozanın miqdarı artır. Bu orqanizmin təbii qoruyucu mexanizmidir:
“Bunu həmçinin “döy və ya qaç” mexanizmi adlandırırlar. Hər iki halda, yəni döyəndə və ya qaçanda insan fiziki güc, enerji sərf etməlidir. Bu enerjini insan orqanizmin əsas “yanacağı” olan qlükozadan alır.
Müasir insan stressə düşəndə əksər hallarda nə döyür, nə də qaçır, əksinə oturur və ya uzanır. Nəticədə enerji sərf olunmur və mədəaltı vəz qandakı qlükozanı normaya salmaq üçün insulinin ifrazını artırır. İnsulinin səviyyəsi artdıqca insan aclıq hiss edir və yemək yeməyə başlayır. Beləliklə orqanizm ona lazım olmayan kalorilər alır.
Müasir insanların bir çox hissəsi xroniki stress şəraitində yaşadıqdan yuxarıda təsvir etdiyimiz vəziyyət daim təkralanır. Nəticədə insan artıq çəki yığır. Çıxış yolu üçün insanların fizki aktivliyi vacibdir.
Stress vəziyyətinə düşmüsünüzsə, onu passiv şəkildə yaşamayın. İdman zalına yollanın. Buna imkan yoxdursa, gəzməyə çıxın, hər hansı ev işi ilə məşğul olun. Fiziki aktivlik qanda stress hormonlarının və şəkərin səviyyəsini azaldır. Nəticədə sinir sistemimiz daha az ziyan görür və aclıq bizə güc gəlmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual