Sürətli gəzinti xərçəngdən ölüm riskini azaldır
Yusif Nəzərli
05:00 02.06.2025
Sağlamlıq
373
Sürətli gəzintilər və fərdi şəkildə tərtib olunmuş fiziki aktivlik proqramı yoğun bağırsaq (kolon) xərçəngindən əziyyət çəkən insanların ölüm riskini 30 faizdən çox azalda bilər.
Axar.az xəbər verir ki, bu nəticə Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) konfransında təqdim olunan beynəlxalq araşdırmada açıqlanıb. Altı ölkədə, o cümlədən Böyük Britaniyada 889 xərçəng xəstəsi arasında aparılan beşillik müşahidə göstərib ki, strukturlaşdırılmış idman proqramı xəstəliyin təkrarlanma ehtimalını əhəmiyyətli dərəcədə azaldır və sağ qalma göstəricilərini artırır.
Məlum olub ki, fərdi idman proqramı tətbiq olunan xəstələrin 80 faizi beş ildən sonra tam sağ qalıb, halbuki sadəcə sağlam həyat tərzi ilə bağlı məlumatlar təqdim olunan qrupda bu rəqəm 74 faiz olub.
Alimlər bu nəticələrin xərçəng müalicəsində fiziki aktivliyin standart tibbi yardıma inteqrasiyasına təkan verəcəyinə ümid edirlər. Onların fikrincə, bu yanaşma dünya üzrə yoğun bağırsaq xərçəngi ilə mübarizədə yeni səhifə aça bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Medvedev yeni təhlükəsizlik zolağının keçəcəyi əraziləri açıqlayıb
20:40 04.07.2026
Dünya
Ərdoğan: İsrail ABŞ-İran danışıqlarını pozmağa cəhd edir
20:19 04.07.2026
Gündəm
Rusiyada Putinə qarşı açıq etirazlar başladı
19:36 04.07.2026
Dünya
Ankara NATO Zirvəsinə hazırlaşır: Proqram açıqlanıb
19:33 04.07.2026
Gündəm
Pezeşkian şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”
19:24 04.07.2026
Region
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya