Şüyüdün faydaları... - Bunları edin, effektini görün
Fidan Həmişəyeva
10:19 09.02.2021
Sağlamlıq
4405
Şüyüdü sevənlər çox olsa da, onun faydalı xüsusiyyətləri haqqında hamı kifayət qədər məlumatlı deyil. Şüyüd dezinfeksiya edən xüsusiyyətə malikdir. O həzm sistemini yaxşılaşdırır, ürək-damar sisteminə müsbət təsir edir. Şüyüdün müntəzəm istifadəsi laktasiya dövründə ortaya çıxan problemləri aradan qaldırmağa kömək edir. Ehtiva etdiyi qida dəyərləri sayəsində əsl mineral və vitamin anbarı olan şüyüd balıq yeməkləri ilə yanaşı, şorba, salat və souslara xüsusi dad verir. Eyni zamanda arıqlamaq istəyənlər üçün də effektli vasitədir.
Araşdırmalara görə, bir həftə şüyüd istifadə etmək qısa müddətdə artıq çəkilərdən xilas olmağa yardım edir. Yeməkdən 15 dəqiqə əvvəl şüyüd yemək uzun müddət toxluq hissi yaradır.
Şüyüdün tərkibində bol miqdarda fosfor, maqnezium, dəmir, sink, A və C vitaminləri yer alır. Bir dəstə şüyüd gündəlik A vitamini ehtiyacının 43, C vitamini ehtiyacının isə 40 faizini ödəyir.
Həzm sistemində meydana gələn mədə pozğunluğu, mədə ağrısı və s. problemlərin müalicəsində də istifadə edilən təbii vasitədir.
Şüyüd eyni zamanda bağırsaq qazlarını aradan qaldıran təsirə malikdir. Bol miqdarda kalsium ehtiva etdiyi üçün sümük sağlamlığını qoruyur. Tərkibində yer alan B vitamini sayəsində yuxusuzluğun qarşısını alır, sakitləşdirici təsir yaradır. Təbii insulin sayılan bu bitki şəkər xəstələri üçün faydalıdır.
Şüyüd menstruasiya pozulmasında da müsbət təsirə malikdir. Həmçinin ağız və diş xəstəliklərinə qarşı profilaktik təsiri var. Şüyüd yarpaqları ağız içi infeksiyaları müalicə edir, depressiyanı azaltmağa köməklik göstərir, xolesterini aşağı salır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat