TƏBİB: Meymunçiçəyinə yoluxan tək azərbaycanlının vəziyyəti stabildir
Yusif Nəzərli
04:49 22.01.2025
Sağlamlıq
407
Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar evdə müşahidəyə götürülüb
“Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir, hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir. Həkimlərin müşahidəsi altındadır”.
Bu məlumat “Sherg.az"a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi – TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsindən verilib.
Xəstənin karantin müddəti bitənədək müşahidə altında saxlanacağı bildirilir.
Qeyd edək ki, 22 yaşlı Azərbaycan vətəndaşı bu il 2-11 yanvar tarixlərində xarici ölkələrdən birində turist səfərində olub. Oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib. Bu barədə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə yaydığı məlumatda deyilir. Bildirilir ki, həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmasından şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun digər ölkəyə səfəri və səfər zamanı səpkili şəxslə əlaqəsinin olduğunu müəyyən edib. Simptomlarla yanaşı, epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpkilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub. Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicəsi davam edir. Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar. Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək. Meymunçiçəyi virusunun yaxın təmasla bir insandan digərinə keçə bildiyi nəzərə alınaraq şəxsi gigiyena qaydalarına əməl etmək, işdə, evdə, hər hansı bir məkandan evə qayıtdıqda əlləri sabunla yaxşıca yumaq, dezinfeksiya aparmaq, ictimai yerlərdə tibbi maskalardan istifadə etmək, sıx toplaşma yerlərindən mümkün qədər uzaq durmaq, şübhəli şəxslərlə təmas yaratmaqdan çəkinmək və xəstəlik simptomları hiss etdikdə, həkimə müraciət etmək tövsiyə olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət