Təbii zəfəran rəngini yavaş-yavaş verir - YOXLAYIN!

Evdə sadə üsulla yoxlayın!

Zəfəranın saxta olub-olmadığını evdə sadə üsulla yoxlaya bilərsiniz. Sherg.az xəbər verir ki, bunun üç sadə qaydanı təqdim edirik.

Su testi: Bir çay qaşığı zəfəranı su dolu bardağa əlavə edin. Təbii zəfəran rəngini yavaş-yavaş verir və iplikləri uzun müddət formasını qoruyur. Saxta zəfəran isə dərhal rəng verir, iplikləri solur.

Rəng və ətir: Təbii zəfəran altın sarısı rəng və güclü, təbii ətirə malikdir. Saxta məhsul qırmızımtıl və süni qoxulu olur.

İpliklərin davamlılığı: Təbii zəfəranın iplikləri uzun müddət dağılmadan qalır, saxta məhsullarda isə tez ərimə və parçalanma baş verir.