“Tələblərə əməl olunmasa, karantin qaydaları sərtləşdiriləcək” – İDDİA
Fidan Həmişəyeva
11:07 20.11.2020
Sağlamlıq
940
“Necə ki, Vətən müharibəsində həmrəylik və birlik göstərdik, eləcə də COVİD-19 virusu qarşısında həmrəylik və birlik göstərməliyik”
Azərbaycanda karantin rejimi daha da sərtləşdirildi. Dünya ölkələri də yeni sərtləşmə mərhələsinə qədəm qoyur. Bir sıra Avropa ölkələrindən sonra qonşu Türkiyə və Rusiyada da karantin qaydaları ciddiləşib. Artıq ölkəmizdəki yeni karantin qaydaları ictimaiyyətə təqdim olunub. Son günlər ölkəmizdə yoluxma sayının pik həddə çatması karantin qaydalarının sərtləşməsinə səbəb oldu. Koronavirusa yoluxanlardan başqa ölənlərin sayında da kəskin artım var. Bu baxımdan ciddi tədbirlərin görülməsi labüddür.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynovun “Sherg.az”a açıqlamasına görə, vətəndaş məsuliyyətsizliyi və biganəliyi yenədə öz fəsadlarını verməkdə davam edir:
“Dünən COVİD-19 virusuna yoluxma sayının kəskin artımını müşahidə etdik. Bir çox vətəndaşlar hələ də çox sadə qayda olan maska taxmaq, sosial məsafə saxlamaq və şəxsi gigiyenaya riayət etmir. Getdikcə karantin rejiminin sərtləşdiyini müşahidə edirik. Vətəndaşlar arasında qoyulan qaydalara əməl etməyənlər olsa, karantin daha da sərtləşəcək”.
A.Hüseynov hesab edir ki, vətəndaşlara nəzarəti təkcə polislərin üzərinə qoymaq olmaz:
“Polislərə dəstək üçün vətəndaş məsuliyyətinə nəzarəti həm vətəndaş cəmiyyətləri, həm də bələdiyyərlər həyata keçirməlidir. Həmçinin təklif edərdim ki, Operativ Qərargah tərəfindən bir neçə qaynar xətt yaradılsın. Sadə vətəndaşlar gördükləri bütün müvafiq qayda pozuntuları haqqında məlumat versinlər.
Vətən müharibəsində yaralanan əsgərlərimizi nəzərə alsaq və həkimlərimizin bir hissəsi hazırda məhz ordumuzun yanında olduğundan virusua yoluxanlara tibbi xidmət göstərmək çətinləşəcək. Beləliklə, yoluxanların sayı daha da artsa, onlar həkim nəzarətindən kənarda qala bilərlər. Bu vəziyyət ölüm sayının artmasına gətirib çıxaracaq”.
Assosiasiya sədrinin sözlərinə görə, ağırlaşmaların qarşısının alınması üçün hər birimizin mənəvi borcu digər vətəndaşı qorumaqdır:
“Xüsusən vurğulamaq istərdim ki, əsasən risk qrupuna 65 yaşdan yuxarı insanlar aiddir. Məhz bu yaş kateqoriyasında olan insanların cəmiyyət içində çalışması həm özünə, həm də virus ötürücüsü olaraq digər vətəndaşlara risk yaradır.
COVİD-19 virusuna qarşı peyvənd çıxana qədər hər birimizin gözəl bildiyi, lakin bir çoxlarının əməl etmədiyi qaydalara ciddi əməl etməklə yaşamalıyıq.
Necə ki, Vətən müharibəsində həmrəylik və birlik göstərdik, eləcə də COVİD-19 virusu qarşısında həmrəylik və birlik göstərməliyik. Biz birlikdə güclüyük!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət