
Teletibb artıq yayılmış və yaxşı təcrübədir - PROFESSOR
Yusif Nəzərli
02:10 31.01.2025
Sağlamlıq
578
Bu cür təcrübənin bizim ölkəmizdə də tətbiq edilməsi mümkündür, lakin bunun üçün sistem şəffaf qurulmalıdır
Azərbaycanda teletibb xidmətləri ilə bağlı qaydalar hazırlanır. Bunu Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət mərkəzi İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmədə deyib. Onun sözlərinə görə, həmin qaydalar tətbiq ediləndən sonra hər kəs üçün əlçatan olacaq: "Hazırda teletiblə bağlı qanunvericilikdə müəyyən tənzimləmələrə ehtiyac var”.
Görəsən, səhiyyəmiz, tibb işçilərimiz bu yeniliyə nə dərəcədə hazırdır?
Qeyd edək ki, artıq dünya ölkələrində teletibb üçün mobil təchizatlar yaranıb. Diabetli xəstələrdə qlükozanın səviyyəsini ölçmək, məsafədən, xəstənin ciyərlərinə qulaq asan fonendoskop, ürəyinin funksiyasını görən kordiomonitorlar, qulaq, burun, boğaz həkimləri üçün alətlər, hətta hamiləliyi təyin etmək üçün ÜSM müayinəsi mümkündür.
Mövzu ilə bağlı “Sherg.az”a danışan professor, həkim-cərrah Adil Qeybulla deyib ki, əvvəlcə gözləyək, bu xidmət tətbiq edilib, ortada real nəticəsi olsun, ondan sonra danışaq:

“İndiyə kimi səhiyyə sahəsində yaradılan yeni qurumların, strukturların heç bir faydasını görməmişəm. Akreditasiya sistemi qərb təbabətinin prinsiplərinə uyğun yaradılmalıdır. Səhiyyə işçilərinin sertifikasiya imtahanı ləğv edilsə, düzgün yanaşma ortaya qoyulsa, bu cür yeniliklərin müsbət nəticəsini görmək olar. Dünyanın hər yerində akkreditasiya sistemi var. Yəni həkimlər baza və rezidentura təhsili aldıqdan sonra onlara konkret bir sahə üzrə fəaliyyət göstərmək üçün lisenziya verilir. Bu lisenziyanın müddəti 5, yaxud 7 il ola bilər. Həmin müddət bitdikdən sonra təkrar akkreditasiya aparılır, şəxsin həmin müddət ərzindəki fəaliyyəti, nə qədər konfrans və təcrübə mübadiləsində olduğu araşdırılır. Ondan sonra ona yeni dövr üçün lisenziya verilir. Əgər bir şəxs öz ixtisasını dəyişmək istəyirsə, təkrar rezidentura keçməlidir. Prinsip və qayda budur, bundan kənarda olan hər şey Azərbaycan yaradıcılığıdır”.
Teletibb xidmətindən dünya təcrübəsində istifadəsinə gəldikdə isə professor pandemiyadan sonra bu məsələnin xüsusi aktuallıq kəsb etdiyini deyib: “Əslində, xüsusi təhlükəli infeksiyaların, o cümlədən, pandemiyalar zamanı xəstəliklərin müalicəsinin məsafədən idarə olunması məqsədəuyğun haldır. "Whatsap” və ya digər sosial platformalar üzərindən bunu həyata keçirmək mümkündür”.
Artıq xeyli müddətdir Çində də bu təcrübədən istifadə olunur. Belə ki, robot və dronların vasitəsilə dərmanların insanlara çatdırılması və həkim nəzarəti ilə onların idarə olunması həyata keçirilir: "Pandemiya zamanı Çində yalnız ağır xəstələri reanimasiyaya götürürdülər, yüngül xəstələri isə evdə məsafədən müalicə edirdilər. Hər halda, bu, bir tibbi üsuldur, xüsusən, indiki dövrdə aktuallıq kəsb edir. Tutaq ki, xəstə ağırdır, həkimə gələ bilmir, amma insulin və digər dərmanların qəbuluna, qidasına nəzarət internet üzərindən mümkündür. Bu, artıq yayılmış və yaxşı təcrübədir. Sözsüz ki, bu cür təcrübənin bizim ölkəmizdə də tətbiq edilməsi mümkündür, lakin bunun üçün sistem şəffaf qurulmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb
18:18 14.10.2026
Gündəm
Tacikistan Prezidenti Azərbaycana səfərə gəldi
18:10 14.10.2026
Rəsmi
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial