
Terapevt-allerqoloq: Saatlarla “zaqar” məsləhət deyil
Yusif Nəzərli
06:29 18.07.2025
Sağlamlıq
312
Günəşin altında qalmaq dəri xərçənginə belə səbəb ola bilər
Havanın temperaturunun 40 dərəcəyə yaxınlaşdığı yay günlərində günəş şüalarının təsiri altında uzun müddət qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə çimərliklərdə istirahət edən insanlar günvurma təhlükəsi ilə daha çox üz-üzə qalırlar. Günvurma orqanizmin yüksək temperatur və günəş şüalarına məruz qalması nəticəsində yaranan baş ağrısı, ürəkbulanma, halsızlıq və hətta huşun itməsi ilə müşahidə oluna bilər. Bu baxımdan, isti havalarda düzgün davranış qaydalarını bilmək və tədbirli olmaq həyati əhəmiyyət daşıyır.
Mütəxəssislər isti hava şəraitində çimərlikdə uzun müddət qalmağın sağlamlıq üçün riskli ola biləcəyi barədə xəbərdarlıq edirlər. Günün pik saatlarında günəş şüalarının təsiri altında olmağın bədəndə ciddi problemlərə, o cümlədən susuzlaşma və günvurma hallarına səbəb ola biləcəyi bildirilib.
Terapevt-allerqoloq Şahvələd Məmmədov da Sherg.az-a açıqlamasında bildirib ki, günvurma halı daha çox dənizə, çimərliyə gedənlərdə müşahidə olunur. Onun sözlərinə görə, yüngül günvurmalarda ciddi dəyişiklik olmasa da, orta-ağır hallarda huşun qısa müddətli itirilməsi, xəstədə gözün qaralması kimi əlamətlər ola bilər:

“Ağır günvurmalarda isə adətən xəstələri xəstəxanaya aparmaq lazım gəlir. Bu gün günəşlənmək, bədənlərini qaraltmaq həvəsində olan insanlar çoxdur. Amma nəzərə almaq lazımdır ki, günvurmanın həddən artıq çox əlavə təsirləri var. Ağır günəş yanıqlarından hətta dəri xərçəngi əmələ gələ bilər. Ona görə saatlarla günəşin altında qalıb “zaqar” etmək məsləhət deyil. Səhər və axşam saatlarında çimərliklərə getmək olar. O zaman da 1-1,5 saatdan artıq günəş altında qalmaq tövsiyə olunmur”.
Həkim istidən qorunmaq üçün ən çox istifadə olunan kondisionerlərin əlavə təsirlərinə də toxunub: “Kondisioneri çox aşağı temperaturda saxlamaq qətiyyən olmaz. Minimum 23-24 dərəcə civarında olmalıdır. Kondisioner olan otaqda mütləq nəfəslik açıq olmalıdır. Tam qapalı otaqda kondisioner oksigeni sorur və insanların nəfəs almasını çətinləşdirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə