Tumların bilmədiyimiz faydaları çoxdur -AÇIQLAMA
Yusif Nəzərli
07:07 18.04.2025
Sağlamlıq
509
Onun tərkibindəki faydalı maddələr beyin sağlamlığına müsbət təsir göstərir
Dietoloq Jill Nassinov bəzi tumların beyinə təsirindən danışıb. Onun sözlərinə görə, tumların, toxumların bilmədiyimiz faydaları çoxdur: “Günəbaxan, balqabaq, küncüt və çia toxumlarının tərkibində hüceyrələri qocalmaqdan qoruyan maddələr var. Toxum təkcə orqanizmin deyil, beynin də gəncliyini uzatmağa yardımçı olur. Toxumlarda olan omeqa-3 yağ turşuları koqnitiv funksiyaları qorumağa kömək edir”.
Mütəxəssis həmçinin istənilən giləmeyvə və nori dəniz yosununu sağlam, lakin daha az kalorili qəlyanaltı adlandırıb. O izah edib ki, giləmeyvə iltihabla mübarizə aparmağa kömək edir, çünki onlar antioksidantların güclü mənbəyidir. Onun sözlərinə görə, nori həm də antiinflamatuar təsirə malikdir və həmçinin çoxlu yod və digər faydalı maddələr ehtiva edir.
Həkim-dietoloq Ləman Süleymanova da qeyd edib ki, tum və toxumların tərkibindəki faydalı maddələr beyin sağlamlığına müsbət təsir göstərə bilər. O, günəbaxan tumunun tərkibindəki E vitamini və maqneziumun orqanizmə olan təsirindən bəhs edib. Dietoloq bildirib ki, E vitamini antioksidant təsir göstərərək orqanizmi xərçəng hüceyrələrinin yaranmasından qoruyur və iltihab əleyhinə təsir göstərir. Maqnezium isə sümük-oynaq sisteminə və ürəyin fəaliyyətinə müsbət təsir edir:
“Bundan əlavə, digər mənbələrdə balqabaq tumunun yaddaşı aktivləşdirdiyi, baş-beyin funksiyalarını yaxşılaşdırdığı və emosional psixoloji durumu müsbət təsirləndirdiyi qeyd olunur. Bu qidalar neyronların sağlamlığını dəstəkləyir, yaddaş və diqqət funksiyalarını yaxşılaşdırır, həmçinin degenerativ xəstəliklərin – məsələn, altsheymer və parkinson – riskini azaldır. Mütəmadi şəkildə kiçik miqdarda tum və toxum qəbul etmək həm əqli məhsuldarlığı, həm də emosional sabitliyi gücləndirə bilər. Ən yaxşı nəticə isə onları duzsuz və qovrulmamış halda istifadə etdikdə əldə olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial
Aynur Sofiyeva: Elmi işçilərin 60 faizdən çoxu qadınlardır
15:05 02.11.2026
Cəmiyyət
Belçikanın Baş naziri istefasını Krala təqdim edib
14:35 02.11.2026
Dünya
Türkiyədə Ərdoğana çağırış edildi - “Bakıya get”
14:35 02.11.2026
Gündəm