
Uşaqlar niyə saç yeyir? -Pediatrdan AÇIQLAMA
11:08 07.08.2025
Sağlamlıq
337
30.07.2025-ci il tarixində 05.08.2016-ci il təvəllüdlü Qax rayon sakini (qadın cinsli) ürəkbulanma, iştahsızlıq və qarın ağrısı şikayətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.
Bildirilib ki, aparılan radioloji müayinələrdən sonra ona tirixofagiya diaqnozu (mədəsində saç kütləsi bezoar) qoyulub və Uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib.
9 yaşlı azyaşlının mədəsində aparılan cərrahi əməliyyat uğurla bitib və saç kütləsi xaric edilib.
Hazırda onun müalicəsi Uşaq Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, tirixofagiya adlandırılan xəstəlik əslində psixoloji problemdir. Uşaqlar öz saçlarını və ya yerə düşən tükləri götürüb yeyirlər. Bu zaman mədədə tük topası yığılır, tükdən ibarət böyük kütlə əmələ gəlir. Kütlə mədəni tam tutduqda artıq qidalana bilməmək, qusma və mədə nahiyəsində şişkinlik kimi əlamətlər ortaya çıxır.
Pediatr Vaqif Qarayev “Sherg.az”a bildirdi ki, bu məsələdə iki ehtimal mövcuddur:

“Birincisi, uşağın ruhi-psixoloji vəziyyətində ciddi pozuntu ola bilər. Bu səbəbdən də o nə etdiyini dərk etmir. İkincisi isə zərərli davranışa meyilliliyin mövcudluğu ehtimalıdır. Əgər uşağın psixoloji vəziyyəti normaldırsa, valideynin əsas vəzifəsi onu bu vərdişdən uzaqlaşdırmaq və müvafiq davranış korreksiyası həyata keçirməkdir. Əgər psixiatrik pozuntu təsbit olunarsa, uşaq ixtisaslaşmış psixiatr və ya klinik psixoloq nəzarətinə verilməlidir. Həmçinin psixoterapevtik və zəruri hallarda farmakoloji müdaxilə ilə müalicə olunmalıdır. Belə hallarda trixobezoar formalaşdığı təqdirdə isə, təcili şəkildə cərrahi müdaxilə tələb olunur. Bu kimi hallar erkən diaqnostika, valideyn maarifləndirilməsi və məktəb-ailə-psixoloq əməkdaşlığının vacibliyini bir daha önə çıxarır. Uşaq psixologiyasında kompulsiv davranışların yaranması çox zaman emosional ehtiyacların qarşılanmaması ilə əlaqədardır. Hər hansı qeyri-adekvat davranışın arxasında kompleks psixoloji faktorlar dayanır və bu hallar sadəcə simptom kimi deyil, dərin səbəblərin göstəricisi kimi qiymətləndirilməlidir. Profilaktik tədbirlər görülmədiyi təqdirdə, bu cür vərdişlər daha ağır klinik vəziyyətlərə gətirib çıxara bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur