Uşaqlara alınan oyuncaqlarda bu təhlükəyə diqqət!

Mütəxəssis bildirir ki, oyuncaq seçimi uşağın sağlamlığı və təhlükəsizliyi üçün çox önəmlidir.

Sherg.az xəbər verir ki, Oyuncaq alarkən yaşa uyğunluq, xırda hissə riski, batareyalı və maqnitli hissələr, kimyəvi maddələr, səs səviyyəsi və gigiyena mütləq nəzərə alınmalıdır.

Xüsusilə 3 yaşdan aşağı uşaqlar üçün xırda hissəli oyuncaqlar, maqnitlər və batareyalar ciddi risk yaradır. İkinci əl oyuncaqlar təhlükəsizlik baxımından riskli ola bilər. Scooter, velosiped kimi hərəkətli oyuncaqlar qoruyucu vasitələrlə istifadə edilməlidir.

Mütəxəssis elektron və səsli oyuncaqlardan, kimyəvi tərkibli elastik və keyfiyyətsiz plastik məhsullardan uzaq durmağı, yaradıcılığı və inkişafı dəstəkləyən sadə, təhlükəsiz oyuncaqlara üstünlük verməyi tövsiyə edir.