Uşaqlarda nitq ləngiməsinin səbəbləri... - SADALANDI
Şəymən Bayramova
13:46 22.09.2020
Sağlamlıq
1541
Uşaq doğulan gündən onun nə zaman dil açıb danışacağını səbirsizliklə gözləyirlər, amma bəzən valideynlərin gözləntiləri boşa çıxır. Nitqin inkişafı ləngiyir və valideynlər narahat olmağa başlayırlar. Xüsusən də ailədə, nəsildə gec danışan olmayıbsa, anaların narahatlığı daha da artır. Həkimlər isə hesab edir ki, uşaqları bir-biri ilə müqayisə etmək düzgün deyil. Hər uşaq individiual xarakterə malik olduğundan vaxtı gələndə, daha doğrusu özünü hazır hiss edəndə dil açmağa başlayır...
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən nevroloq Təranə Quliyeva uşaqlarda nitq ləngiməsinin bir çox səbəblərdən yarandığını deyib. Onun sözlərinə görə, əgər uşağın eşitməsində problem varsa, bu zaman uşaq sözləri, səsləri anlaya bilmir və fikrini ifadə etməkdə çətinlik çəkir:
"Uşaqların insanlarla ünsiyyətdə olmaması da nitq ləngiməsinin əsas səbəblərindən biridir, çünki uşaq ətrafı təqlid edərək öyrənir, yəni, ata, ana və ətrafdakı hər kəs uşaqların səsləri, hecaları və sözləri demələrində bir nümunədir. Ananın uşaqla yetəri qədər vaxt keçirməməsi, ailədə ikidilliliyin olması, bəzi hallarda isə uşağın erkən doğulması və fiziki cəhətdən zəif olması da nitqin gecikməsinə səbəb ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm
Putin bütün qırmızı xətləri keçib - Ukraynalı diplomat
15:22 06.08.2026
Gündəm
Ceyhun Bayramov İrpen şəhərinə gedib
14:52 06.08.2026
Gündəm
Hörmüz boğazı açıla bilər - Pakistanlı analitik
14:26 06.08.2026
Gündəm
Qarabağa səfər edən Türkiyə nümayəndə heyəti bəyanat qəbul edib
14:16 06.08.2026
Gündəm
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
14:13 06.08.2026
Gündəm