Üzünüzü isti su ilə YUYUN ! – İnanılmaz faydaları var
Fidan Həmişəyeva
14:21 14.01.2021
Sağlamlıq
6926
“Bu, iltihabi proseslərin sorulmasını sürətləndirir, çünki demodeks kimi parazitlər isti mühitə qarşı dözümsüzdür”
“Axşamlar üz yuyulduqdan sonra tərkibində spirt saxlayan losyon, salisil spirti və ya 40 faizli spirtlə silinməsi səpkilərin azalmasına təsir edir”
“Müalicə zamanı qida rasionundan şirin, duzlu, yağlı qidalar tamamilə çıxarılmalıdır”
Gözəllik həmişə göz oxşayır. Amma zaman keçdikcə, yaş üstünə yaş gəldikcə gözəllik də yavaş-yavaş solmağa başlayır. Necə deyərlər, qara saça dən, bəyaz dəriyə qırış düşür. Lakin cavanlığın da öz problemləri var. Məsələn, üz səpgiləri.Təbii ki, üzdə səpgilərin yaranması gözəlliyə xələl gətirməklə yanaşı xanımlarda narahatlıq da yaradır. Bu baxımdan səpgilərin yaranma səbəblərini və ondan xilas olmağın yollarını öyrənmək heç də pis olmazdı.
Həkim-kosmetoloq Xatirə Namazova üz səpkilərinin yaranma səbəbləri ilə bağlı “Sherg.az”a danışıb.
Kosmetoloq qeyd edib ki, xırda səpgilərin əmələ gəlməsi bir sıra səbəblərlə əlaqədar ola bilər:
“Mədə-bağırsaq sisteminin pozulması, qəbizlik, bağırsaqların atoniyası səpkilər yaradır. Həmçinin allergiya, mövsümlə əlaqədar olaraq çiçək tozu, günəş şüaları, toz və digər yaz-payız faktorlarına qarşı həssaslığın artması da səpkilərə səbəb olur”.
Həkimin sözlərinə görə, üzdəki səpkilərin əmələ gəlməsində digər faktor dəriyə qeyri-düzgün qulluqdur:
“Kosmetik vasitələrin uzun müddət üzdə qalması, dərinin təmiz yuyulmaması, yeni istifadə olunan hər hansı vasitəyə qarşı reaksiyalar dərinin altında və üstündə səpkilər yaradır. Orqanizmdə baş verən hormonal dəyişikliklər, məsələn, yeniyetməlik, hamiləlik, klimaks da vacib amillər sırasındadır. Bəzi dərman preparatlarının qəbulu, eyni zamanda güclü stress səpkilərə yol açır”.
X.Namazova üzdəki səpki problemlərinin aradan qaldırılması üçün mühüm məqamlara toxunub:
“Üzün isti suyla yuyulması ilk növbədə iltihabi proseslərin sorulmasını sürətləndirir, çünki demodeks kimi parazitlər isti mühitə qarşı dözümsüzdür. Axşamlar üz yuyulduqdan sonra tərkibində spirt saxlayan losyon, salisil spirti və ya 40 faizli spirtlə silinməsi səpkilərin azalmasına təsir edir.
Müalicə zamanı qida rasionundan şirin, duzlu, yağlı qidalar tamamilə çıxarılmalıdır. Meyvə-tərəvəz, göyərti kimi təbii məhsulların qəbulunu artırmaq lazımdır.
Mütəmadi olaraq təmiz havada gəzmək, müalicə müddətində dekorativ kosmetikadan istifadə etməmək, skrab kimi dərini zədələyə biləcək vasitələrdən uzaq durmaq məsləhət görülür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat