Vaksin öldürürmü? – Hamını maraqlandıran sualın CAVABI gəldi
Fidan Həmişəyeva
13:13 15.01.2021
Sağlamlıq
1343
“Onsuz da istənilən dərmana qarşı allergiya olur. Lakin ölüm halları vaksinasiya ilə əlaqədar deyil”
TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov koronavirusa qarşı vaksinlərin tətbiqi barədə maraqlı məqamlara toxunub. Professor qeyd edib ki, COVİD-19-a qarşı vaksin istifadə edən hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq, qalanları isə xəstəliyə yoluxsa da, onu yüngül keçirəcək.
Onun sözlərinə görə, Avropa ölkələrində, ABŞ-da, Rusiyada, Çində istehsal olunan vaksinlərin effektivliyi çox yüksək qiymətləndirilir. Çünki bu namizəd vaksinlərin əksəriyyətinin effektivliyi 90 faizdən çoxdur:
“Çində hazırlanan “Sinovac” vaksininin 3-cü faza təhlükəsizlik sınaqları Türkiyədə də həyata keçirildi. Orada da onun effektivliyinin 91-92 faiz olduğu aşkar olundu. Bu, çox yüksək göstəricidir.
TƏBİB-dən vaksinasiya zamanı bədəndə hər hansı fəsad yaranarsa, vətəndaşlar iş qabiliyyətini itirərsə, bunun üçün nəzərdə tutulan kompensasiya barədə açıqlama verib:
“ “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi postvaksinal fəsadla əlaqədar olduqda vətəndaş, fasiləsiz iş stajından asılı olmayaraq, aldığı orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir. Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi, fasiləsiz iş stajından asılı olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir.
Ölümə səbəb olan postvaksinal fəsadlara görə birdəfəlik müavinət almaq hüququ olan ailə üzvlərinin siyahısı və həmin müavinətin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa qarşı peyvənd edilib . Dövlət başçısına Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.
Ölkəmizdə də koronavirusla mübarizə tədbirləri çərçivəsində vaksinasiyanın tətbiqi mühüm yer tutur. Maraqlıdır, hansı vaksinlərin tətbiqi lazımdır və hansılar təhlükəsizdir?
Sualımızı cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a bildirib ki, vaksinlərin hər biri təhlükəsizdir:
“Çində istehsal olunan vaksinlər sovet dövründə bizə vurulanlar kimidir. Hesab edirəm ki, vaksinlərin tətbiqinə müsbət yanaşmaq lazımdır. Çində yüksək texnologiyalar mövcuddur. Oradakı vaksinlər də təhlükəsizdir. Amerika vaksinləri 70 dərəcədə soyuqda saxlanmalıdır. Bu da texniki baxımdan çox çətindir. Amma Çinin vaksinləri həm effektiv, həm də istifadə üçün sadədir. Bu baxımdan bizim də Çindəki vaksinlərdən istifadə etməyimiz yerinə düşərdi”.
Professor vaksinlərin tətbiqi zamanı xırda allergik reaksiyaların olma ehtimalını da vurğulayıb:
“Onsuz da istənilən dərmana qarşı allergiya olur. Lakin ölüm halları vaksinasiya ilə əlaqədar deyil. Dünyada xəstəliklərə nəzarət və profilaktika mərkəzləri var. Bu mərkəzlər ciddi şəkildə vaksinlərin reaksiyalarını izləyirlər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında həmin məlumatlar qeyd olunur. Bu proses bütün dünyada izlənilir. Vaksinlərin ölüm və ifliclə nəticələnməsi boş şayələrdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat