“Vaksin pandemiyanın sonu demək deyil”
Fidan Həmişəyeva
13:57 08.01.2021
Sağlamlıq
654
“Hər halda bu istiqamətdə mübarizənin aparılması üçün mühüm addım hesab olunur”
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Bu barədə TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva məlumat verib. Y.Qarayeva qeyd edib ki, əhalimizin 10 faizinə peyvənd vurulması üçün vaksinlər gözləyirik. Onun sözlərinə görə, GAVI tərəfindən Azərbaycana hansı vaksinlərin verilməsi barədə hələlik məlumat yoxdur:
“Vaksinlərin vurulması ilk olaraq risk qruplarına şamil olunacaq. Yaxın günlərdə əhaliyə vaksinlər barədə geniş məlumatlar veriləcək. Peyvəndin yarada biləcəyi allergik reaksiya ola bilər. Bundan heç kim sığortalanmayıb. Bu, o demək deyil ki, peyvəndlər təhlükəlidir”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla da “Sherg.az”a açıqlamasında söyləyib ki, allergik reaksiyası olan şəxslərin vaksin vurdurmalarında hansısa təhlükə yoxdur.
Həkim bildirib ki, vaksinasiya bütün dünyada tətbiq olunan bir prosesdir:
“İstənilən dərman preparatları, hətta vitaminlər də allergik reaksiyası olan şəxslərdə həssaslıq yarada bilər. Vaksinlərin reaksiyaları cüzi olur. Yəni çox nadir hallarda güclü reaksiyalar, məsələn qıcolmalar müşahidə oluna bilər. Bunların da tam səbəbi hələ bilinmir. Hesab edirəm ki, xırda allergik reaksiyalar, qızartılar və ağrıların olması təbii haldır”.
Professor vaksinasiya prosesinin tərəfdarı olduğunu diqqətə çatdırıb:
“Hər birimiz uşaq vaxtlarından vaksinlər vurdurmuşuq. Hazırda azyaşlı uşaqlarda heç bir yoluxucu xəstəlik-qızılca, difteriya, quru öskürək və.s yoxdur. Bu xəstəliklərin olmaması da vaksiyansiya hesabınadır. Ona görə də vaksin tətbiqinə müsbət yanaşmaq lazımdır”.
A.Qeybulla vurğulayıb ki, allergik reaksiyası olan şəxslər nəyə qarşı həsas olduqlarını bilirlər. Bu zaman əlavə tədbirlər görülməlidir:
“Məsələn, xəstəyə bir gün öncədən müəyyən dərmanlar vurmaq olar ki, vaksinlərlə bağlı problem yaşanmasın. Vaksinlər pandemiya ilə mübarizədə bir faktordur.
Düzdür, onların vurulması pandemiyanın sonu demək deyil. Lakin hər halda bu istiqamətdə mübarizənin aparılması üçün mühüm addım hesab olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat