Vaksin vurduranlar yenidən yoluxa bilərlər ? - İLGİNC CAVAB
17:50 28.01.2021
Sağlamlıq
733
Son zamanlarda COVID-19 pandemiyasına yoluxmuş insanların sayının azalması və kütləvi vaksinasiyanın başlanması Azərbaycanda koronavirus pandemiyası dövrünün sona çatacağı ümidi yaradır.
Tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov Media.Az-a açıqlama verərkən qeyd edib ki, peyvənd vurduran vətəndaşlar bütün sanitar və gigiyenik standartlara riayət etməyə davam etməlidir.
Çünki, vaksin orqanizmdə immunitet yaratsa da, peyvənd olunan insanlar koronavirusa yoluxa bilər:
“Peyvənd olunmaq sizin xəstələnməyəcəyinizə zəmanət vermir. Ancaq ağır formada xəstələnmək və mənfi nəticələrin doğurması riski istisna olunur. Buna görə, peyvənd vurdurmaq zəruridir”.
Ə. Sadıqov vurğulayıb ki, ilin sonuna qədər vaksinasiya sahəsində müsbət nəticələr əldə etmək mümkün olacaq:
“Hal-hazırda iki milyon insana yetəcək qədər dozalarımız var. Hələ əlavə olaraq üç-dörd milyon insanın peyvənd edilməsinə ehtiyac olacaq. Ölkədəki koronavirus infeksiyasını tamamilə yox edə biləcəyimizi deyə bilmərəm, amma bu, idarə olunan proses olacaq”.
Tibb elmləri doktoru vaksinasiya prosesinə inanmayan və ona şübhə ilə yanaşan şəxslər barədə də fikirlərini söyləyib.
“Mən düşünmürəm ki, cəmiyyətimizdə bu cür insanların sayı yüksəkdir və onlar prosesə təsir edə bilərlər. Savad səviyyəsi aşağı olan insanlar həmişə olub və olacaqlar. Kimsə sizə peyvəndə qarşı olduğunu söyləyirsə, ondan soruşun: Bu gün başqa bir alternativ varmı? Cəmiyyətimizi necə xilas edə bilərik? Nə qədər insan öldü, neçəsi əlil oldu...”, deyə tanınmış pulmonoloq fikrini tamamlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual