Vaksinə etimad niyə azdır? - Çipləşmə xofu var - Realdırmı?
Fidan Həmişəyeva
09:45 04.02.2021
Sağlamlıq
1252
“Amma COVİD-19 pandemiyasından yeganə çıxış yolu vaksinasiyadır”
“Hər kəsi şübhə etmədən vaksinasiyaya çağırıram!”
18 Yanvar 2021-ci il tarixdən ölkəmizdə koronavirus əleyhinə vaksinasiya proqramına başlanılıb. Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən sorğu və müşahidələr cəmiyyətdə peyvəndləməyə dair müxtəlif fikirlərin olduğunu göstərir. Vaksinasiya ilə bağlı birmənalı ictimai mövqenin olmaması kütləvi vaksinasiyanın qısa zaman ərzində uğurlu icrası haqqında müəyyən fərqli fikirlər yarada bilər.
Sorğu Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında telefonla aparılıb. Sorğuda təsadüfi üsulla seçilmiş 1200 respondent iştirak edib. Respondentlərin 58.3 faizi peyvənd olunacağı təqdirdə bunun mənfi təsirinin olacağını düşünür.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov məlum sorğunun nəticələri barədə “Sherg.az”a danışıb:
“Keçirilən sorğu nəticəsində məlum olur ki, Azərbaycanda vətəndaşların böyük hissəsi COVİD-19 virusuna qarşı vaksinasiya olunmağa tərəddüd edir. Onların az hissəsi yenə də çipləşmə kimi cəfəng fikirlərdədir, böyük əksəriyyəti isə vaksinin yan təsiri olmasını düşünür. Dünya bundan öncə də ağır gedişatlı və öldürücü viruslar ilə üz-üzə qalıb. Tarixə nəzər salsaq, bir çox xəstəliklərin qarşısının kütləvi alınmasında məhz vaksinasiya böyük rol oynayıb”.
Assosiasiya sədrinin sözlərinə görə, cəmiyyətdə belə bir fikir var ki, COVİD-19 virusu yenidir və bu qədər tez bir zamanda vaksinin icad edilməsi şübhəli və təhlükəlidir:
“Hazırda XXI əsrdə yaşayırıq və yüksək texnologiyalar dönəmidir. Vaksinin tez bir zamanda icad edilməsində məqsəd odur ki, dünya alimləri səfərbər olaraq bu virusun qarşısını almaq məqsədi ilə bütün biliklərini və imkanlarını ortaya qoyublar. Əslində çox şanslıyıq ki, məhz 21- ci əsrdə bu virusla qarşılaşdıq, əks halda vəziyyət qat-qat acınacaqlı ola bilərdi.
Ölkəmizə gəldikdə isə dövlətimizin əsas məqsədi tez bir zamanda virusa yoluxma riskini aradan qaldıraraq, vətəndaşların normal həyata qayıtmasını təmin etməkdir. Azərbaycana gələn vaksinlərin təhlükəsizliyi həm Türkiyə dövlətində laborator şəraitində yoxlanılır, həm də ölkəmizin xüsusi diqqəti altındadır.
Vətəndaşlarımıza müraciət edərək qeyd etmək istəyirəm ki, COVİD-19 pandemiyasından yeganə çıxış yolu vaksinasiyadır. Hər kəsi şübhə etmədən vaksinasiyaya çağırıram!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat