Vaksinin tapılması uzun çəkəcək
07:46 22.10.2020
Sağlamlıq
830
Hələ ki, yeganə yol sanitar qaydalara əməl etməkdir
"Əsgərlərimiz biz yaşayaq deyə vuruşurlar. Onlar yaşasın deyə, biz də burada koronavirusla vuruşmalıyıq"
"Uzun elmi axtarışlara baxmayaraq, hələ "COVİD-19" virusunun nə vaksini, nə də müalicəsi tapılıb. Dünya alimlərinin araşdırma və təcrübələri davam etsə də, hələ ki, yeganə yol sanitar qaydalara əməl etməkdir".
Bu sözləri "Şərq"ə açıqlamasında həkim Zəka Məmmədli deyib. Onun sözlərinə görə, koronavirusun qarşısını alacaq vaksinin tapılmaması da yoluxmaya öz mənfi təsirini göstərir: "İstər ictimai nəqliyyat dayanacaqlarında, istərsə də küçələrdə davamlı olaraq reklam çarxları insanları qaydalara əməl etməyə çağırır.
Yəni dövlət tərəfindən lazım olan bütün tədbirlər ən yüksək səviyyədə görülür. Biz əgər pandemiyanın birinci mərhələsində yalnız virusa qarşı mübarizə aparırdıqsa, indi paralel olaraq daha təhlükəli olan bir virusla da mübarizə aparırıq. Erməni faşizmi ilə mübarizə aparmaqla biz həm fərd, həm də toplum olaraq indi yüzqat məsuliyyət daşıyırıq.
Bu reallığı nəzərə alaraq hər bir davranışımızla cəbhədə gedən proseslərə, ordumuzun müzəffər yürüşünə kömək etməliyik. Hər birimizin qəlbi bu gün ordumuzla döyünür.
Onlar bizi, vətəni qoruyur, torpaqlarımızın hər qarışı uğrunda şəhid qanı axıdılır. Bizim onlara köməyimiz yalnız burada, öz evimizdə özümüzü, sağlamlığımızı qorumaqdır.
Gəlin bir düşünək, əgər biz arxa cəbhədə özümüzü qorumasaq və virusla birgə mübarizə aparmasaq, nəticə nə ola bilər? Təbii ki, xəstəlik sayı günbəgün artar, səhiyyə təşkilatlarımız iki cəbhəyə bölünmək məcburiyyətində qalar.
Çünki hər bir vətəndaşın sağlamlığı dövlətimiz üçün önəmlidir. Amma hərbiçilərimizin həyatı hamımız üçün daha önəmli olmalıdır.
Çünki onlar biz yaşayaq deyə vuruşurlar. Onlar yaşasın deyə, biz də burada koronavirusla vuruşmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual