Valideynlərin NƏZƏRİNƏ: Kimyəvi vasitələri əl çatmayan yerə qoyun! – Zəhərlənmə !
Fidan Həmişəyeva
11:23 08.09.2020
Sağlamlıq
2310
“Bu cür maddədən zəhərlənən uşağa hər hansı ağrıkəsici dərman vermək, qarının üstünə isti və ya soyuq “qrelka” qoymaq olmaz”
Həkimlərin təcrübəsinə əsasən azyaşlı uşaqlar məişətdə istifadə edilən kimyəvi maddələrdən zəhərlənə bilərlər. Uşaq iməkləməyə, otaqda sərbəst gəzməyə başladıqda, evdə onun üçün potensial təhlükəli hesab edilən bəzi məhsullar var. Məişətdə istifadə olunan kimyəvi və kosmetik vasitələr, ətirlər, boya, yapışqan, müxtəlif dərmanlar və.s uşağın əli çata bilməyən yerlərdə saxlanılmalıdır.
Toksikoloqlar bildirir ki, uşaqların kimyəvi maddələri qəbul etdiyini valideynlər tez bir zamanda bilmirlər. Adətən bu maddələr qana sovrularaq uşağa öz mənfi təsirlərini göstərdikdən sonra valideyn xəbərdar olur. Hər zaman aktiv və şən olan uşaq birdən-birə əzgin, yuxulu və ya əksinə həddən artıq oyanıqlı, həyəcanlı olarsa, bu, valideyni şübhələndirməlidir. Dərmanların təsirinə məruz qalan uşaq yuxulu vəziyyətdən oyanmır, yataqda sürünür, ağlayır və qışqırır. Bu zaman uşaqda qıcolmalar, hətta koma da ola bilər.
Pediatr-allerqoloq Şəhla Mustafayeva“Sherg.az”a bildirib ki, mədədən zəhəri xaric edərək onun qana sovrulmasına imkan verməmək lazımdır. Bunun üçün uşağın mədəsini mümkün qədər tez bir zamanda yuyulmalıdır. Həkim qeyd edib ki, kimyəvi maddə içən uşaqda ağız suyunun artması, ağızın selikli qişasının və üzün qızarması, qusma kimi əlamətlər olur. İlkin yardım olaraq uşağa 1-3 stəkan qaynadılmış ilıq su vermək lazımdır:
“Həkim gələnə qədər uşağı sakitləşdirmək, başının altına nazik yastıq qoymaqla onu yatağa uzatmaq lazımdır. Kiçik qurtumlarla su verilməlidir. Bu, mədədə olan zəhərin durulaşmasına və qana sovrulmasının ləngiməsinə səbəb olacaq.
Valideyn zəhərlənmiş uşağın mədəsini evdə yaxşı yuduğuna əmin olsa da, heç bir halda həkim tərəfindən müayinə olunana qədər ona yemək və ya süd, qatıq, şirə verilməli deyil. Çünki bu mədə şirəsinin ifraz olmasına, nəticədə isə zəhər qalıqlarının da mədədən tez bir zamanda sovrulmasına kömək edəcək”.
Pediatr vurğulayıb ki, kimyəvi maddədən zəhərlənən uşağa hər hansı ağrıkəsici dərman vermək, qarının üstünə isti və ya soyuq “qrelka” qoymaq olmaz:
“Zəhərlənmiş uşağa valideyn yardım göstərdikdən sonra, uşağın vəziyyəti yaxşılaşsa da, ona tibbi yardım göstərilməsindən imtina etmək olmaz. Çünki bir müddət keçdikdən sonra uşaqda böyrək, qaraciyərin fəaliyyətinin dayanması, korluq kimi ağır əlamətlər meydana çıxa bilər. Ona görə də ilkin yardımdan sonra mütləq mütəxəssisə müraciət edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat