Virus mutasiyaya uğrayıb ! – “Sərhədləri bağlamaq lazımdır” - Yeni ştamm
Fidan Həmişəyeva
12:00 22.12.2020
Sağlamlıq
1018
Böyük Britaniyada qeydə alınan koronavirusun yeni və daha təhlükəli ştammı Hollandiya, Danimarka və Avstraliyada da aşkarlanıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Mütəxəssislər xatırladır ki, yeni tip koronovirus COVID-19-a nisbətən daha sürətlə yayılır. Ancaq hələlik onun daha təhlükəli olduğu barədə fikir yürütmək tezdir. Bundan başqa, virusun yeni mutasiyasının peyvəndə başqa formada reaksiya verdiyi barədə də heç bir dəlil yoxdur.
Hollandiya hökuməti məlumat verib ki, yaxın günlərdə Avropa Şurasının (AŞ) digər üzv dövlətləri ilə yeni növ koronavirusla mübarizə istiqamətində birgə fəaliyyət məsələsini müzakirə edəcəklər. Bundan başqa, ölkə İngiltərəyə uçuşları 1 yanvar tarixinə qədər dayandırıb.
ÜST dekabr ayında İngiltərədə tapılan SARS-CoV-2 koronavirusunun yeni mutasiyasının təhlükəsini qiymətləndirib. Mütəxəssislərin fikrincə, yeni növ koronavirus daha yoluxucu olsa da, ümumilidə xəstəliyin təhlükə səviyyəsinə bir o qədər də təsir göstərmir.
Yeni növ infeksiyanın ölkəmiz üçün də təhlükəli duruma səbəb ola biləcəyini deyən “Sağlamlığa Xidmət” İctimai Birliyinin İcraçı direktoru Pərvanə Vəliyeva “Sherg.az”a bildirib ki, sərhədlərin bağlanması vacib məsələdir:
“ÜST-nın yeni növ koronavirusa bağlı məlumatı açıqlamasından sonra London əhalisi başqa ölkələrə axışmağa, yəni şəhərdən qaçmağa başlayıblar. Ölkəmizdə yay ayındakı virusla indiki virus eyni deyil.
Təcrübədən də bunu görürük ki, başqa xəstəliyi olan şəxslər infeksiyanı yüngül keçirmir. Bəzi şəxslərdə isə virusun simptomlarını tez zamanda təsbit etmək mümkün olmur.
Birdən-birə virus sürətli şəkildə bölünüb artmağa başlayır və ağciyəri, həmçinin digər orqanları sıradan çıxarmağa başlayır. Elmi araşdırmalardan da bəllidir ki, virus nə qədər çox insandan insana ötürülərsə, onun mutasiya ehtimalı artır. Virusun mutasiyaya uğraması gözlənilən idi”.
P.Vəliyeva qeyd edib ki, koronavirusun üçüncü dalğa ehtimalının və yeni SARS-CoV-2 virusunun qarşısını almaq üçün mütləq sərhədləri bağlamaq lazımdır:
“Türkiyə ilə sərhədlərimiz açıqdır. Ola bilsin ki, başqa ölkələrdən, məsələn, İngilitərədən Türkiyəyə gəlib, oradan da ölkəmizə gələn şəxslər olacaq. Ona görə də sərhədlərin bağlı olması məsləhətlidir.
ÜST-ün bildirdiyi kimi, artıq peyvəndlər 2021-ci ilin əvvəlində hazır olacaq. Fikrimcə, bu peyvənd virusun bütün növlərindən insanları qoruya biləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi