Qlobal miqyasda qış mövsümündə grip artımı ilə bağlı xəbərdarlıqlardan sonra bir çox ölkədə yoluxma saylarında yüksəliş müşahidə edilir.
Sherg.az xəbər verir ki, Qırğızıstanda artan yoluxmalar fonunda 214 bağça müvəqqəti karantinə alınıb, 207 məktəb isə onlayn tədrisə keçib. Kırğızıstan Səhiyyə Nazirliyinin xəstəliklərin qarşısının alınması və gigiyena nəzarəti departamentinin qərarına əsasən tədris prosesi distant şəkildə davam etdirilir. Məktəblərin yalnız Təhsil Nazirliyinə onlayn təhsilə keçdiklərini bildirmələri kifayətdir.
Qazinform Agentliyinin məlumatına görə, təhsil müəssisələrində xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə tədbirlər gücləndirilib. Daha əvvəl səhiyyə rəsmiləri Qazaxıstanda H3N2 tipli grip virusunun “üstünlük qazandığını” bildirmişdi.