Virusa yoluxma sayı pik həddədir: sərt karantin, yoxsa...?
Fidan Həmişəyeva
13:52 12.11.2020
Sağlamlıq
856
“Vəziyyətin mənfi xəttlə inkişaf etməməsi üçün karantin rejimi sərtləşdirilməlidir”
“Sağlamlığımız üçün maska taxılmalı, sosial məsafəyə riayət edilməli və gigiyenik qaydalar gözlənilməlidir”
Dünyanın hər yerində sürətlə yayılmağa davam edən koronavirusla mübarizə məqsədilə çoxsaylı tədbir həyata keçirilib. Pandemiya demək olar ki, bütün dünya üçün yeni qaydalar formalaşdırıb. Artıq bir çox ölkə və insan da koronavirusun, sərt karantin rejiminin tələb etdiyi qaydalarla yaşamağa alışıb. Lakin bütün qaydaların tətbiq edilməsinə baxmayaraq, müəyyən yumşaldılmalardan sonra bəzi ölkələr bu virus qarşısında aciz durumda qalıb.
Bir çox ölkələrdə infeksiya daha da güclənir, yoluxma halları rekord həddə çatıb. Ekspertlərin payızda ikinci dalğanın olacağı ilə bağlı proqnozları təsdiqini tapdı. Bu baxımdan bəzi ölkələrdə, o cümlədən Azərbaycanda sərt karantin rejiminin tətbiqi məsələsi gündəmə gəlib. Məsələn, bu gün Azərbaycanda COVİD-19 infeksiyasına 1622 yeni yoluxma faktı qeydə alınıb, 979 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 20 nəfər isə vəfat edib.
Mövcud vəziyyətlə barədə “Sherg.az”a açıqlama verən “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin sədri Fikrət Xəlilov bildirib ki, ölkəmizdə koronavirusa yoluxma sayında artım gözlənilirdi. Çünki insanlar sadə qaydalara əməl etmirlər:
“Yenidən yoluxma sayında ciddi dərəcədə çoxalma müşahidə edirik. Bundan əvvəl yoluxma sayı azalmışdı. Çünki insanlar vaxtlı-vaxtında maskalardan istifadə etdilər. İstər küçədə gəzərkən, istərsə də ictimai yerlərdə maskalardan istifadənin çoxaldığını görürdük. Maska taxmağın zəruriliyini bir az da qayda-qanunla insanlara izah etdilər.
Nəticədə insanların da maskalardan istifadə etməsi koronavirusa yoluxma sayında azalmaya gətirib çıxardı. Koronavirusun qarşısını ən effektiv vasitə məhz maskadır”.
Ekspertin sözlərinə görə, koronavirusa yoluxma sayı kəskin azalan kimi insanlar maskadan imtina etməyə başladılar:
“Bir ara koronavirus kifayət qədər azaldı. Bu zaman insanlarda artıq boşluq yarandı. Onlar düşündülər ki, maskalardan istifadə etməsək də olar. Maskalar ağızdan çıxan kimi yerdə qalan koronavirusa yoluxmamış az sayda insanlar var idi. Onlar da başladılar virusu yaymağa. Hazırda xəstəliyə yoluxma sayı pik həddədir. Virusa yoluxma ən çox qapalı məkanlarda müşahidə olunur. Vəziyyətin mənfi xəttlə inkişaf etməməsi üçün karantin rejimi sərtləşdirilməlidir.
Sağlamlığımız üçün maska taxılmalı, sosial məsafəyə riayət edilməli və gigiyenik qaydalar gözlənilməlidir. İnsanlar bu qaydalara əməl etsələr, koronavirus deyilən bir virus olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət