"Virusu ciddiyə alın"
06:46 24.10.2020
Sağlamlıq
801
"Məsuliyyətsizliyinizlə ölkəmizi çətinə salmayın"
"Bəziləri düşünür ki, COVİD-19 qripdən bir az ağırdı, tənəffüs çatışmazlığı verir. Lazım olsa, həkimlər həmin şəxsi süni tənəffüs aparatına qoşacaq və iltihab çəkiləndə isə aparatdan ayıracağıq. Bunu belə sadə bilməyin. Bildirim ki, koronavirus təkcə tənəffüs çatışmazlığından öldürmür. Düzdür, tənəffüs çatışmazlığı özü çox ağırdır. İnsan günlərlə üzü üstə uzanmağa və CPAP maska ilə yüksək konsentrasiyalı oksigen almağa məcbur olur. Bu dövrdə adi su içmək üçün maskanı ayıranda saturasiya birdən-birə elə aşağı düşür ki, xəstəyə su verməyə peşman olursan. Çünki ağciyərdə rezerv qalıq həcm olmur".
Bu sözləri "Şərq"ə açıqlamasında həkim Şahin Məmmədov deyib.
O bildirib ki, koronavirus çox təhlükəli virusdur: "Covid-19"-un necə təhlükəli olduğunu öz gözlərimlə görmüşəm. Çünki 37 gün o geyimdə reanimasiyada gecə-gündüz vuruşdum. Amma insanlar təhlükəsizlik qaydalarına əməl etmir.
Bu məni bir həkim olaraq çox narahat edir. Düzdür, bu gün ölkə gündəmi başqa mövzudur. Müharibə gedir və insanlar "Covid-19" hayında deyillər. Amma hamıya təcili olaraq səslənirəm. Qarşıda qış fəsli gəlir. Əgər virus belə sürətlə davam edərsə, virus tam kontroldan çıxacaq. Virusu ciddiyə alın. Məsuliyyətsizliyinizlə ölkəmizi çətinə salmayın. Yəni bu virus adı pnevmoniyalar kimi təkcə tənəffüs çatşmazlığı vermir. Bütün dünya tibbi bu virusla mübarizədə çətinliklər çəkir.
Tam xəstənin ölümünə proqramlaşdırılıb ki, həkimlər aciz qalsın. Ona görə də hər kəs çalışmalıdır ki, bu xəstəliyə yoluxmasın. Hazırda reanimatoloq həkimlərimiz orduya cəlb edilib. Mən də cəbhə bölgəsindəyəm. Yoluxma bu sürətdə davam etsə, həkim və dərman çatışmazlığı yaranacağı gün kimi aydındır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual