Yanvardan başlayırıq, amma...
Məlahət Rzayeva
09:23 23.12.2020
Sağlamlıq
668
Peyvəndləmə koronavirusun kökünü kəsməyəcək
Lakin yoluxma zəncirinin qırılması və kollektiv immunitetin qazanılması üçün lazımdır
Dünyanın canı COVİD-dən qurtulmamış, yeni virus gəlir. Bu virusun “COVİD-19”un mutasiyaya uğramış növü olduğu bildirilir və o, “korona”dan daha sürətli hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatı isə dünyanı sakitləşdirməyə çalışır və “COVİD-19”un yeni tipinin xəstəliyi daha da ağırlaşdırmasına dair heç bir dəlil yoxdur” deyir. Yeni virus isə deyilənə görə, Böyük Britaniyada artıq ayaq tutub yeriyir.
Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev Trend-ə açıqlamasında son bir-iki ay ərzində koronavirusun mutasiyadan əvvəlki formadan daha sürətli yayılmasının müşahidə edildiyini bildirib. Onun sözlərinə görə, virusun yeni ştammının yayılma sürəti əvvəlkindən 70 faiz çoxdur: “Əslində, COVİD-19 ortaya çıxandan indiyədək onun 4000-ə yaxın mutasiyası baş verib. Amma bu mutasiyaların xüsusiyyətləri arasında ən əhəmiyyətlisi onun yayılma dərəcəsinin daha da artması ilə bağlıdır”.
A.Allahverdiyev qeyd edib ki, yeni növ viruslar orqanizmdəki endotel hüceyrələrə daha asan daxil olur və ona daha sıx bağlanır:
“İndi orqanizmə daha çox virus daxil ola bilir. Orqanizmə nə qədər çox virus daxil olarsa, onun yoluxma səviyyəsi də bir o qədər çox olur. Ola bilər ki, yeni virus ştammı sayəsində xəstəliyin klinikası da fərqli gedə, immun sistemimiz bunlara fərqli cavab verə bilər. Bunların heç biri indi bəlli deyil, amma zaman bunları göstərəcək. İndi qorunma tədbirlərinə ikiqat artıq riayət etmək lazımdır. Virus daha sürətlə yayıldığı üçün sosial məsafəyə də daha çox riayət etmək lazımdır. Məsələn, 1,5-2 metr deyil, imkan olduqca daha çox uzaq məsafədə durmaq lazımdır".
Həm “COVİD-19”, həm də belə görünür ki, onun yeni növü ilə çarpışan dünya ölkələri isə hazırkı dönəmdə çıxış yolunu peyvəndləmədə görür. ABŞ-ın yeni Prezidenti Co Bayden, İsrailin Baş naziri Netenjahu nümayışkaranə şəkildə peyvənd vurdurublar.
Qardaş Türkiyə də bu həftə peyvəndləmə mərhələsinə keçəcək. Azərbaycan da peyvəndləməyə hazırlaşır. Lakin peyvənddən çəkinənlər və bunun yoluxmanın qarşısını ala biləcəyindən şübhə edənlər də var.
Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla “Şərq”ə açıqlamasında peyvəndləmənin vacib olduğunu dedi:
- Peyvənd əlbəttə, aktiv immunizasiya üçün vacibdir. Zamanında skarlatina, difteriya, qızılca, göy öskürək kimi xəstəliklərə məhz peyvəndləmə sayəsində qalib gəlinib. Lakin tənəffüs yolları infeksiyalarında uğurlu vaksinasiya praktikası yoxdur. Yəni peyvəndləmə koronavirusun kökünü kəsməyəcək. İnsanlar bilməlidir ki, peyvəndləmə pandemiyanın qarşısını almayacaq. Lakin yoluxma zəncirinin qırılması və kollektiv immunitetin qazanılması üçün peyvəndləmə vacibdir. Ona görə də insanlar peyvənd olunduqdan sonra da davranışlarına diqqət etməli, karantin qaydalarına ciddi əməl etməlidirlər. Başqa bir məsələ də peyvəndin hansı davranış sərgiləyəcəyidir, bunu da hələ ki, deyə bilmirik.
A.Qeybulla qeyd etdi ki, yanvar ayının əvvəlindən etibarən Azərbaycanda peyvəndləməyə başlana bilər. Azərbaycan “COVİD-19” vaksinlərini Çindən alıb.
Bu arada peyvənd üzərində çalışmalar da yenə davam edir. Ümumdünya Səhiyyə Təşkilatı bu ayın sonunadək ABŞ-ın "Pfizer" və Almaniyanın "BioNTech" şirkətləri tərəfindən birgə hazırlanan peyvəndi təsdiq edə bilər. Həmin peyvənd fövqəladə hallarda istifadə olunacaq.
Bu barədə brifinqdə ÜST-nin baş direktor köməkçisi Mariancela Simao deyib.
M.Simao qeyd edib ki, peyvənd bu ayın əvvəlində mümkün fövqəladə hallarda istifadə üçün siyahıya alına bilər.
Təşkilatın baş alimi Sumya Svaminatan öz növbəsində, COVAX mexanizmi çərçivəsində bu peyvəndin məhdud tədarükünün yanvarın sonu və ya fevralın əvvəlində başlaya biləcəyini qeyd etdi.
Rusiya nümayəndə heyəti Azərbaycanla "Sputnik V" peyvəndinin istehsalını müzakirə edəcək.
"R-Pharma" şirkətinin təsisçisi və direktorlar şurasının sədri Aleksey Repik bildirib ki, peyvənd yalnız Rusiyada deyil, bir sıra ölkələrdə inkişaf etdiriləcək: "Sputnik V" peyvəndinin layihəsini müzakirə etmək üçün Azərbaycana gedəcəyik, müzakirələr aparacağıq.
Yaxın Şərq, MDB ölkələri və digər dövlətlər də bu layihədə iştirak edə bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur
11 milyon qonorarı geri qaytaracaq
10:53 10.04.2026
Şou
Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT
10:44 10.04.2026
Sağlamlıq