Yaşlılıq əlaməti sanıb keçməyin!- DƏHŞƏTLİDİR 

Daimi böyrək zədəsinə səbəb ola bilər

Kişilərdə yaşla birlikdə tez-tez rast gəlinən prostat böyüməsi hər zaman əməliyyat tələb etmir. Xəstəliyin erkən və orta mərhələlərində dərman müalicəsi ilə şikayətləri böyük ölçüdə nəzarətə almaq mümkündür. Lakin prostat böyüməsi müalicə olunmadıqda ciddi və qalıcı fəsadlara yol açır. Sherg.az xəbər verir ki, uroloq Prof. Dr. Murat Zor mövzu ilə bağlı vacib açıqlamalar verib.

Prostat bezinin yaşla birlikdə normadan artıq böyüməsi əsasən hormonal tarazlığın dəyişməsi ilə bağlıdır. Xüsusilə testosteron və estrogen səviyyələrindəki dəyişikliklər prostat hüceyrələrinin nəzarətsiz çoxalmasına səbəb olur. Beləliklə, prostat böyüməsini artıran əsas amillər bunlardır:

45 yaşdan sonra hormonal dəyişikliklər, genetik meyillilik, hərəkətsiz həyat tərzi və piylənmə, düzgün olmayan qidalanma, siqaret və alkoqol istifadəsi və.s.

Prostat, sidik kisəsinin altında yerləşir və sidik kanalını əhatə edir. Yaş artdıqca prostatın daxili hüceyrələri çoxalır və prostat toxuması böyüyərək sidik kanalına təzyiq etməyə başlayır. Bunun nəticəsində:

İdrar axınının zəifləməsi, tez-tez (xüsusilə gecələr) sidiyə çıxma, idrara başlamada çətinlik çəkmək, sidik kisəsinin tam boşalmaması hissi, birdən-birə sidik etmə tələbi və ya sidik qaçırma kimi əlamətlər ortaya çıxır.

Bu şikayətlər həyat keyfiyyətini ciddi şəkildə azaldır. Müalicə edilmədikdə isə prostat böyüməsi sidik yollarını tıxayaraq həm sidik kisəsinə, həm də böyrəklərə zərər verə bilər.

Prof. Dr. Murat Zor xəbərdarlıq edir:

Davamlı tıxanma nəticəsində sidik kisəsinin divarı qalınlaşır və elastikliyini itirir. Sidik tam boşalmadığı üçün bakteriyalar çoxalır və təkrarlayan sidik yolu infeksiyaları yaranır. Sidiyin uzun müddət qalması kristallaşmaya və daş əmələ gəlməsinə səbəb olur.

Bəzi hallarda prostat sidik kanalını tam bağlaya bilər, xəstə sidiyə çıxa bilməz və təcili kateter qoyulması tələb olunur.

Uzunmüddətli sidik yığılması böyrəklərə geri təzyiq yaradır və qalıcı böyrək zədəsi ilə nəticələnir.

Müalicə, prostatın ölçüsünə, xəstəliyin şiddətinə və xəstənin ümumi sağlamlıq vəziyyətinə görə seçilir.

Dərman müalicəsi (erkən və orta dövrdə), prostat əzələlərini boşaldaraq sidik axınını rahatladır, prostatın həcmini kiçildir və sidik kanalına olan təzyiqi azaldır. Tabletlərlə tətbiq olunur, əməliyyat tələb etmir və gündəlik həyatı çətinləşdirmir.

Ən çox istifadə olunan dərman qrupları

1. Alfa-blokerlər

Prostat və sidik kisəsi boynundakı əzələləri boşaldır. Nəticə bir neçə gün içində hiss olunur.

2. Hormon tənzimləyici dərmanlar (DHT inhibitorları)

Prostatın böyüməsini yavaşladır və tədricən kiçilməsini təmin edir. Tam təsiri 6 ay – 1 il arasında ortaya çıxır.

3. Kombinə müalicə

Həm sürətli rahatlama, həm də uzunmüddətli nəzarət üçün iki dərman birlikdə istifadə olunur.

4. Bitki tərkibli dəstək məhsulları

Sav Palmetto kimi əlavələr yüngül şikayətlərdə istifadə edilə bilər, lakin təsiri dərman qədər güclü deyil və həkim məsləhəti ilə qəbul edilməlidir.

Hər xəstənin prostat quruluşu fərqlidir

Prof. Dr. Zorun məlumatına görə müasir endoskopik üsullar kəsiksiz həyata keçirilən minimal invaziv texnikalardır.

Rezum-su buxarı ilə prostat müalicəsi, su buxarı enerjisi ilə prostat toxuması kiçildilir.

Qısa müddətdə tamamlanır, xəstəxana yatışı tələb etmir, cinsi funksiyalar qorunur.

Lazer Prostatektomiya (HoLEP, ThuFLEP)

Prostatın böyümüş hissəsi tam çıxarılır və sidik yolu açılır. Xüsusilə:

Prostat çox böyüdükdə, sidik etmə çox çətinləşdikdə, dərmanların təsir etmədiyi hallarda tətbiq olunur.

Prostatın ölçüsü, forması, xəstənin yaşı və yanaşı xəstəlikləri müalicə seçimində həlledici rol oynayır. Buna görə də hər xəstəyə xüsusi qiymətləndirmə aparılması şərtdir.

Prostat böyüməsi adətən yavaş irəliləyir və çox kişi bu əlamətləri “yaşlılıq əlaməti” sanıb gecikdirir. Halbuki erkən müalicə ilə xəstəlik irəliləmədən idarə oluna bilər, əməliyyata ehtiyac qalmaz.

Müalicədən sonra isə bol su içmək, kafein və alkoqolu azaltmaq, müntəzəm fiziki aktivlik, ideal çəki saxlamaq, prostat sağlamlığını qorumağa kömək edir və şikayətlərin təkrarlamasının qarşısını alır.