“Amma iş orasındadır ki, vaksinin kifayət qədər effektiv olacağı, eyni zamanda vaksinlərin gətirilməsi davam etdiriləcəyi (hazırda dünyadakı vaksin çatışmazlığı yaşanır) təqdirdə, bu, sürətlə lazım olan kütlənin vaksinasiyası 2153 günə baş tutacaq. Yəni kollektiv immunitetin formalaşması üçün əhalinin lazım olan təxmini 70 faiz hissəsinin vaksinasiyası olunması zəruridir.
Yaxın aylarda koronavirus bizi tərk etməyəcək
22:19 08.02.2021
Sağlamlıq
783
Kollektiv immunitet üçün əhalinin təxminən 70 faizi vaksinasiya olunmalıdır
Azərbaycanda bugünədək koronavirusdan 65 min nəfər peyvənd olunub. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Fevralın 5-də ölkəyə 648 min doz peyvənd gətirilib. Ümumiyyətlə, ölkəyə cəmi 848 min doz vaksin gətirilib.
Mövzu ilə bağlı fikirlərini bölüşən həkim-nevroloq Pərviz Axundov "Şərq"ə bildrib ki, bu rəqəm 20 günün statistikasıdır. Həkimin sözlərinə görə, 65 min rəqəmi işin məğzini bilmədən kənardan baxanda çox görünə bilər:
“Amma iş orasındadır ki, vaksinin kifayət qədər effektiv olacağı, eyni zamanda vaksinlərin gətirilməsi davam etdiriləcəyi (hazırda dünyadakı vaksin çatışmazlığı yaşanır) təqdirdə, bu, sürətlə lazım olan kütlənin vaksinasiyası 2153 günə baş tutacaq. Yəni kollektiv immunitetin formalaşması üçün əhalinin lazım olan təxmini 70 faiz hissəsinin vaksinasiyası olunması zəruridir.
Bu da təxmini 70 ay deməkdir. Buna əsaslanaraq demək olar ki, nəinki yaxın həftələrdə, heç yaxın aylarda da "çağrılmamış qonağımız" bizi tərk etməyəcək. Əgər özü-özünə yumşalma istiqamətində mutasiyaya uğrayıb yoxa çıxmasa. Bəzi həkimlərin isə "yaz gələndə əvvəlki həyata qayıdacağıq" və ya "yay gələndə artıq hər şey geridə qalacaq" deyərkən, nəyə əsaslanması maraq doğurur”.
P.Axundov vurğulayıb ki, İsraildə 50 yaş üzəri insanların 77 faizi artıq vaksinasiya edilib:
“Yaxın iki həftədə bu rəqəm İsraildə 90 faizə çatdırılacaq. Bu arada İsraildə aparılan müşahidələrdə “Pfizer BioNtech” vaksininin klinik tədqiqatlarda olduğu kimi, kifayət qədər effektiv olduğu ortaya qoyulub. Ölkədə eyni zamanda 16-18 yaşlı yuxarı sinif məktəblilərinin də təhsilə davam etdirmələri üçün valideyinlərinin icazəsi ilə vaksinasiyasına start verilib”.
Sonda həkim təklif edib ki, Çindən başqa digər ölkələrdən də vaksinlərin ölkəmizə gətirilməsi məqsədəuyğun olar: “Belə ki, insanlarımızın bir qismi məhz vaksinin Çin istehsalı olduğunu əsas gətirərək, ondan imtina edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual