Yeni bir pandemiya doğuldu: Ölümcül virus Şimali Amerikada da müşahidə olunur!
Yusif Nəzərli
10:46 31.01.2025
Sağlamlıq
669
Alimlər ABŞ-ın Alabama ştatında Camp Hill virusunu aşkar ediblər. Mütəxəssislər bu virusun Şimali Amerikada aşkar edilən ilk henipavirus olduğunu açıqlayıblar.
Sherg.az xəbər verir ki, Çində başlayan və bütün dünyaya təsir edən koronavirus epidemiyasından sonra yeni viruslarla bağlı qlobal narahatlıqlar davam edir. Alimlər ABŞ-ın Alabama ştatında Camp Hill virusu adlı yeni henipavirus aşkar ediblər. Kəşf, bu virusların əvvəllər düşünüldüyündən daha geniş qlobal yayılmasına malik ola biləcəyini göstərir.
Hendra və Nipah kimi virusları ehtiva edən henipavirus ailəsi insanlarda və heyvanlarda ciddi xəstəliklərə və yüksək ölüm göstəricilərinə səbəb ola bilər.
Daha əvvəl Avstraliyada görülən Hendra virusu və Cənub-Şərqi Asiyada ölüm nisbəti yüzdə 40-75 arasında dəyişən Nipah virusu bu qrupun nə qədər təhlükəli ola biləcəyini göstərir.
Kvinslend Universitetindən Dr Rhys Parry, Alabamadakı kəşfin böyük əhəmiyyət daşıdığını ifadə edərək, "Bu, virusların düşünüldüyündən də daha geniş bir yayılıma imkanına sahib olduğunu göstərir" deyib.
Camp Hill virusu Kanada və ABŞ-da tez-tez rast gəlinən şimal qısaquyruqlu siçanlarda aşkar edilib. Onun insanlara keçib-keçmədiyi hələ bilinmir, lakin mütəxəssislər diqqətli olmağın vacibliyini vurğulayırlar.
Dr. Parri bildirib: "Henipavirusların heyvandan insana ötürülməsinin ən yaxşı nümunələrindən biri Çində aşkar edilən Langya virusudur. Həmin virus siçanlardan insanlara keçib və oxşar vəziyyət Camp Hill virusu üçün də ola bilər".
Tədqiqatçılar qeyd edirlər ki, virusun insan sağlamlığına potensial təsirlərini anlamaq üçün daha çox araşdırmaya ehtiyac var. Dr. Ariel İsaaks bildirib ki, bu virus ailəsinə qarşı peyvənd hazırlamaq onların prioritet məqsədlərindən biridir.
"Növbəti addımımız virusun hüceyrələrə necə daxil olduğunu anlamaq və ona qarşı effektiv qorunma yaratmaq olacaq" deyən Dr. İsaaks işlərin sürətlə davam etdiyini bildirib.
Yeni aşkar edilmiş Camp Hill virusu qlobal səhiyyə ictimaiyyətində yaxından izlənilir. Elm adamları virusun insanlara keçmə riskini araşdırarkən, ictimai sağlamlıq tədbirlərinin vacibliyini bir daha vurğulayırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat