
Yoluxucu virus xəstəlikləri çoxalıb -Pediatrdan XƏBƏRDARLIQ
Yusif Nəzərli
07:20 12.09.2025
Sağlamlıq
374
Məktəbdə uşaqlar bir-birinə qarşı mehriban olmalıdır, amma bir-birinin şəxsi əşyalarına toxunmamalıdırlar
Valideyn də, müəllimlər də gigiyenik qaydaları uşaqlara başa salmalıdırlar
Pis ağız gigiyenası, karies, diş əti iltihabı, tüpürcəyin miqdarının azalması (quru ağız) halitoza səbəb olur. Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının həkim-stomatoloqu Güney Həsənova Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” hesabında canlı yayımda çıxışı zamanı danışıb. O, uşaqlarda ağız qoxusunun (halitoz) səbəblərini və onunla necə məşğul olmağı izah edib: “Uşaqlarda qastrit, tonzillit (angina) kimi xroniki xəstəliklər ağızdan qoxunun gəlməsinə səbəb ola bilər. Sarımsaq, soğan və bəzi ədviyyatların çox qəbulu halitoza gətirib çıxarır. Əgər uşaq ortodontik aparat istifadə edirsə, onların yaxşı təmizlənməməsi də halitoz yaradır”. Stomatoloq bildirib ki, ilkin olaraq valideyn uşağın dişlərinin gündə 2 dəfə fırçalamasına və dilinin təmizlənməsinə nəzarət etməlidir: “Bundan əlavə, pəhrizə də diqqət edilməli, şirin, turş və ədviyyatlı qidaları nəzarətdə saxlamalıdır. Əgər qoxu keçmirsə, mütləq diş həkiminə müraciət edilməlidir. Diş həkimi əvvəlcə gigiyenik təmizləmə və kariyes müalicəsi aparacaq. Əgər problem davam edərsə, qan analizləri, mədə və boğazın müayinəsi üçün mütəxəssisə yönləndirəcək”. G.Həsənova sonda qeyd edib ki, pis qoxu çox zaman sadə səbəblərə bağlı olur və asanlıqla aradan qalxır: “Əsas odur ki, valideynlər diqqətli olsun və erkən müdaxilə etsinlər”.
Pediatr Vaqif Qarayev Sherg.az-a açıqlamasında həkim-stomatoloqun vacib məsələyə toxunduğunu dedi:

- Tədris ili başlayır, uşaqların sağlamlığına ciddi fikir verilməlidir. Gigiyena əsasdır. Uşaqları kiçik yaşlarında gigiyenik təmizliyə alışdırmalıdır valideynlər. Uşağa bu vərdişlər aşılanmalıdır, yeməkdən əvvəl də, sonra da əllərini yusunlar, səhər yuxudan duranda dişlər fırçalanmalıdır, axşam yatmazdan əvvəl də dişlər fırçalanmalı, ağız boşluğu yaxalanmalıdır. Bu təkcə uşaqlar üçün yox, böyüklər üçün də vacib gigiyenik qaydalardır. Hər bir insan gigiyenasına fikir verməli, təmizliyə riayət etməlidir. Xüsusən əgər kollektivdə çalışırsa, hər hansı kütləvi tədbirə, bir məclisə, mərasimə gedirsə. Uşaqlar üçün bu qaydalar xüsusi vacibdir, çünki müxtəlif infeksiyalara yoluxma ehtimalı böyükdür. Uşaqlar məktəbdə olduqları müddətdə ən müxətlif səthlərə əlləriylə təmas edir. Tozlu, silinməmiş sürahilər, tutacaqlar olur, natəmiz sanitar qovşaqlar ola bilər. Uşaq - şagird bunlarla təmasda olur, mikroblar bulaşa bilər uşağa.
Valideyn də, müəllimlər də gigiyenik qaydaları uşaqlara başa salmalıdırlar. Tənəffüsdə nahar edirsə şagird, müəllim nəzarət etməlidir, əllərini yudumu, heç olmasa, nəm salfetlərlə sildimi. İndi əksər valideynlər uşaqların çantasına su qabı, yemək qabı, salfet də qoyur. Amma bilməlidir ki, uşaq bunlardan düzgün istifadə edirmi? Daim deyilir ki, bır sıra əşyalar var ki, individualdır. Su qabı, yemək qabı, dəsmal, diş fırçası, daraq, corab, alt geyimləri, hətta qələm də. Hazırkı su qabları çubuqlu- çöplüdür. Uşaq suyu bununla içir, dodaqlarına yapışdırır və içir. Necə ola bilər eyni qabdan, eyni çubuqdan başqa birisi də istifadə etsin? Bu, yolverilməzdir. İllər əvvəl insanlar bu şeylərə əhəmiyyət vermirdi. Amma son illərdə əhəmiyyət verməyə başlayıblar. Çünki xəstəliklər artıb, müxtəlif yoluxucu, virus xəstəlikləri çoxalıb. Biz Covid-19 kimi pandemiyanı gördük. Bundan sonra kim şəxsi, gigiyenik sayılan əşyasını yad bir insanla paylaşar?!. Burada sosiallaşma əleyhinə heç nə yoxdur. Uşaqlar bir-birinə qarşı mehriban olmalıdır. Amma bir-birinin şəxsi əşyalarına toxunmamalıdırlar. Dostuna, sinif yoldaşına nəsə vermək istəyirsə, onu ayrıca, məxsusi olaraq dostu üçün gətirsin, qonaq etsin, paylaşsın. Bunlar uşaqların sağlamlığı üçün əhəmiyyət kəsb edən məsələlərdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm