Qaranlıq, səssizlik, yanınızda yatan varsa, o da bundan xəbərsiz. Bu zaman sizə elə gəlir ki, sinənizin üstündə və ya yanınızda, böyrü üstə yatmısızsa, kürəyinizin arxasında qəribə bir varlıq dayanıb. Onun nəfəsini aydın hiss edirsiz. Qorxudan qışqırıb köməyə çağırmaq istəyirsiz, amma nə qədər güc gəlsəz də səsiniz çıxmır. Boğazınız da iflicdir. Siz həm varsız, həm də yox. Elə bilirsən öləcəksən. Sondur. Ya da bu dəqiqə qorxulu varlıq səni boğacaq. Təslim olursan və ... 1 dəqiqə sonra ayaq barmaqlarından başlayaraq bədənin hərəkətə gəldiyini hiss edirsən. Getdikcə bütün bədənin açılır. Çox adam sonradan yatır, çoxu isə gözünü qaranlığa dikib qalır və bir neçə gün bu qorxunun təsirindən çıxmır. Məhz bu hala tibbdə "Yuxu iflici” deyilir və insan sağlamlığı üçün həyati təhlükəli deyil. Qədimdən loğmanların, din xadimlərinin də diqqətində olan bu sindrom tibbdə də araşdırılıb. Düzdür səbəbi dəqiq deyil və müalicəsi də yoxdur.
"Yuxu iflici”: Səbəbi dəqiq deyil və müalicəsi də yoxdur
07:34 28.02.2021
Sağlamlıq
2372
Bəzən yaşadıqlarımızı doğmalarımıza belə deməyib, onları sirr kimi saxlayırıq. Təsəvvür edin, rahat yatmısız, gecə yarı qəfildən oyanırsız və hiss edirsiz ki, bədəninizin heç bir üzvünü, heç barmaqlarınızı belə tərpədə bilmirsiz.
Qaranlıq, səssizlik, yanınızda yatan varsa, o da bundan xəbərsiz. Bu zaman sizə elə gəlir ki, sinənizin üstündə və ya yanınızda, böyrü üstə yatmısızsa, kürəyinizin arxasında qəribə bir varlıq dayanıb. Onun nəfəsini aydın hiss edirsiz. Qorxudan qışqırıb köməyə çağırmaq istəyirsiz, amma nə qədər güc gəlsəz də səsiniz çıxmır. Boğazınız da iflicdir. Siz həm varsız, həm də yox. Elə bilirsən öləcəksən. Sondur. Ya da bu dəqiqə qorxulu varlıq səni boğacaq. Təslim olursan və ... 1 dəqiqə sonra ayaq barmaqlarından başlayaraq bədənin hərəkətə gəldiyini hiss edirsən. Getdikcə bütün bədənin açılır. Çox adam sonradan yatır, çoxu isə gözünü qaranlığa dikib qalır və bir neçə gün bu qorxunun təsirindən çıxmır. Məhz bu hala tibbdə "Yuxu iflici” deyilir və insan sağlamlığı üçün həyati təhlükəli deyil. Qədimdən loğmanların, din xadimlərinin də diqqətində olan bu sindrom tibbdə də araşdırılıb. Düzdür səbəbi dəqiq deyil və müalicəsi də yoxdur.
Sherg.az tibbi izahı olan bu sindromu araşdırıb, həkim açıqlaması əldə edib. Həkim nevroloq Pərviz Axundov açıqlamasında bildirib ki, yuxu zamanı iki faza müşahidə edilir - NREM(en. non-rapid eye movement) və REM(en. rapid eye movement).
Həkimin sözlərinə görə, bu fazalar göz hərəkətlərinə görə bölünür: “ REM zamanı sürətli göz hərəkətləri müşahidə edilir. Hər iki fazanın davam etmə sikli təxmini 90 dəqiqə davam edir və səhərə qədər bir neçə dəfə bu təkrarlanır. Gecənin dərin saatlarında NREM üstünlük, səhərə yaxın saatlarda isə REM fazası üstünlük təşkil edir. REM fazası zamanı bədənin əzələləri bəzi istisnalarla hərəkətsiz vəziyyət alır, bu faza bitmədən insan oyanarsa, şüur oyanıq olsa da, insan danışa və hərəkət edə bilməz”.
P.Axundov əlavə edib ki, bu vəziyyət genetik ola bilər:
“Bəzən bipolyar pozuntusu olanlarda rast gəlinə bilər, bəzən də bəzi dərman maddələrin, narkotiklərin təsirindən ola bilər”.
Həkim qeyd edib ki, bəzi nevroloji xəstəliklər də yuxu iflicinə səbəb olur: “ Əgər bu hal baş verirsə, elə hərəkətsiz qalın. Əgər güclə hərəkət etməyə cəhd etsəz, bu bədənə və beyinə təsiri artırıb, neqativ hisslər verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region