Zehni və mənəvi azadlığın yolu: Bağışlamaqdır

Bağışlamaq zəiflik deyil, yüksək mənəvi seçimdir. Çox vaxt başqaları üçün etdiyimizi düşünsək də, əslində bağışlamanın hədəfi qarşı tərəf yox, içimizdə hələ də əsir qalan hissəmizdir.

Bağışlamadıqda yaşananlar şüuraltında iz buraxır, zamanla xarakterə, kimliyə, hətta taleyə çevrilir. Buna görə bağışlama təkcə emosional rahatlıq deyil, həm də mənəvi azadlığa aparan açardır.

Zehin haqlı qalmaq istəyir, ruh isə azadlıq axtarır. Bağışlama unutmaq deyil - yükü buraxmaqdır. Xatirə qalır, amma ona bağlı ağrı və enerji çözülür.

Necə bağışlamalı?

Duyğularınla dürüst ol

Edilən haqsızlığı qəbul et

Hadisəni yox, onun yaratdığı enerjini burax

Ən əsası, özünü bağışla

Bağışlama bəzən tək bir insanı yox, nəsillərdən gələn yükü azad edir.

Bu gün kimi bağışlasan, ruhun yüngülləşər?

Bəlkə də cavab elə özünsən.