
Millət vəkili: "Xarici siyasət kursumuzda Macarıstanla olan münasibətlər spesifikdir"
12:06 21.05.2025
Siyasət
685
"Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda da özünü doğruldur"
"Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri praqmatik qərarlar silsiləsinin davamıdır".
Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, çoxşaxəli və aktiv xarici siyasət kursumuzda Macarıstanla olan münasibətlər spesifikdir:

"O baxımdan ki bu, Azərbaycanın Avropa İttifaqı ilə olan münasibətlərində güvənilir körpüsüdürsə, məntiqi olaraq da Azərbaycanın milli maraqlar prizmasından müstəqil şəkildə formalaşdırdığı aktiv xarici siyasət çərçivəsinin konseptual əsasıdır. Dövlət başçımızın dərin strategiyası ilə yürüdülən bu incə və uzaqgörən xarici siyasətin hərtərəfli əlaqələri idarə etmək üçün effektiv olduğu ötən dövrdə və fərqli situasiyalarda özünün sübutunu tapıb. Hökumətin xarici siyasət qərarlarının arxasında duran real motivləri üzə çıxarmaq çətin olsa da, mənəvi amilin tam görünməməsi qərarların qəbulu prosesinin ümumi xüsusiyyətində gizlənsə də, Viktor Orban və Prezident İlham Əliyev arasında olan etimadı, səmimi və qarşılıqlı anlayışı sadəcə anlamaq deyil, sezməmək də mümkün deyil. Ümumi maraqlardan əlavə həm də bu şəxsi münasibətlər dövlətlərarası münasibətlərimizdə istinad nöqtəsi kimi ortaya çıxır. Məhz buna görədir ki, hər nə qədər Azərbaycanın böyük enerji sərf etdiyi COP29 tədbiri burulğana salınmaq istənilsə də, Macarıstan tədbirlərdə nəzərdə tutulan iştirakını konvensional qaydadan kənara qoydu və iştirakını ən üst səviyyəyə qaldıraraq Baş nazir səviyyəsinə qaldırdı".
Parlamentari qeyd edib ki, cənab Prezident İlham Əliyevin Macarıstana mövcud səfəri ondan xəbər verir ki, Azərbaycan-Macarıstan Strateji Dialoqu sadəcə sənədlər üzərində təsis edilməklə kifayətlənmir, münasibətlərimizin praktik addımlarla inkişaf trayektoriyası üzərində də aktiv iş aparılır:
"Macarıstan Avropa təsisatlarında "Azərbaycanın görən gözü, vuran biləyidir" desək, zənnimcə yanılmarıq. Buna görədir ki, Avropa İttifaqı, Avropa Şurası kimi təsisatlarda maraqlarımızın müdafiəsi boş qalmır. Boşluğa imkan verilməməsi faktının özü də Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda da özünü doğruldur. 2024-cü ilin sonuna dair rəqəmlər iki ölkə arasındakı ticarət dövriyyəsinin 29 faiz artımından xəbər verir. Bu önəmli rəqəm Avropa bazarlarında daha sağlam və dinamik əsaslarla iştirakımızı həm şərtləndirir, həm də buna təkan verir. Macarıstanın təkcə enerji təhlükəsizliyinə baxışı deyil, həm də iqlim və enerji siyasətinin əsas prioritetləri də Azərbaycanla üst-üstə düşür. Belə ki, bu uyğunluq enerji təhlükəsizliyi, qalıq yanacaq istifadəsinin azaldılması və enerji qiymətlərinin münasib olması ilə bağlıdır. Macarıstan Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində Azərbaycanın roluna hər zaman və bütün şərtlərdə xüsusi diqqətlə yanaşır. Macarıstan və Azərbaycan arasında olan müxtəlif səviyyələrdə kommunikasiya panelləri tamamilə eynilik təşkil edir. Həm ünsiyyət, həm də real hərəkətlər kimi paralel reallıqlar yaradır".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya
Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun - Deputat
11:08 09.11.2026
Gündəm