
Millət vəkili hesabat verdi: "Seçicilər tərəfindən 551 müraciət daxil olub"
08:58 16.07.2025
Siyasət
323
"Qaldırılan təkliflər, ərizə və müraciətlərlə bağlı hakimiyyət orqanlarına müraciətlər edilib"
"2025-ci ilin artıq yarısını geridə qoymuşuq. VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız və 2025-ci il yaz sessiyaları fəaliyyət dövründə seçicilərlə daim ünsiyyətdə olduq".
Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Şahin Seyidzadə deyib.
Deputat bildirib ki, geridə qalan 2024-cü il payız və 2025-ci il yaz sessiyaları fəaliyyət dövründə Qobustan, Şamaxı və İsmayıllı rayonlarında 27 qəbul keçirilib:

"Qəbulda 1 şəhər, 6 qəsəbə və 65 kənddən 288 seçici iştirak edib və ümumilikdə seçicilər tərəfindən 551 müraciət daxil olub. Bununla yanaşı, qaldırılan təkliflər, yazılan ərizə və müraciətlər üzrə araşdırmalar aparılıb, müvafiq olaraq mərkəzi icra hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarına müraciətlər edilib. Həmin hesabat dövrü ərzində vətəndaşları narahat edən məsələlərin həlli, müraciətlərin qanunvericiliyin imkanları çərçivəsində baxılmasının təmin edilməsi, habelə dövlətin gündəmində olan mövzular ərtafında media resurslarında aparılan kommunikasiya fəaliyyətə dair hesabat hazırlanaraq, hesabat dövrü ərzində müraciət etmiş vətəndaşlara poçt vasitəsi ilə yollanılıb".
Parlament üzvü vurğulayıb ki, fəaliyyəti çərçivəsində Elm və təhsil komitəsi və Mədəniyyət komitəsi üzvü kimi müxtəlif qanunvericiliklərlə çıxış edilib:
"Eləcə də gənclərlə, tələbələrlə və müəllimlərlə görüşlər keçirilib. Elmi konfranslarda və mədəni tədbirlərdə iştirak olunub, həmçinin mentorluq proqramları çərçivəsində Yüksəliş müsabiqəsinin qalibləri ilə görüşlər həyata keçirilib. Bununla yanaşı, beynəlxalq səviyyədə Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq, ölkələrimiz arasında əməkdaşlığın perspektivləri, mövcud potensialı və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı görüş keçirilib. Müxtəlif mövzularda beynəlxalq və yerli tədbirlərdə iştirak edilib".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə