Gürcüstanda bəzi nazirlər dəyişdirilir


Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin istefasından sonra bəzi nazirlərin dəyişəcəyi gözlənilir.

"Sherg.az" AZƏRTAC-a istinadən bildirir ki, hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyası Daxili İşlər və Müdafiə nazirlərini, eyni zamanda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifələrinə yeni namizədlərinin adlarını açıqlayıb.

Hazırkı Müdafiə naziri Levan İzoria Təhlükəsizlik Şurasının katibi və kəşfiyyat xidmətinin rəisi, sabiq Baş nazir İrakli Qaribaşvili Müdafiə naziri, Dövlət Təhlükəsizlik Xidmətinin sədri Vaxtanq Qomelauri isə Daxili İşlər naziri vəzifəsinə irəli sürülüb. DTX rəisinin birinci müavini Qriqol Liluaşvili isə bu qurumun rəhbəri vəzifəsinə gətirilir.

Qeyd edək ki, hakim partiya namizədlərin siyahısını parlamentə təqdim edib.