Türk dövlətlərinin mübarizəsi:“Pandemiyadan birgə yaxa qurtaracağıq !”

"Azərbaycan Prezidenti cənab İlham Əliyev yeni nümunələr ortaya qoymaqda, təqdim etməkdə davam edir. Cənab Prezident  növbəti ilkə imza atdı, ilk dəfə bir neçə dövlət və hökumət başçısının videokonfrans vasitəsilə görüşünü təşkil etdi".

Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin intizam komissiyasının sədri Eldar İbrahimov ölkə başçısının sədrliyi ilə  Türk Dövlətləri Əməkdaşlıq Şurasının bir neçə gün əvvəl keçirilən videokonfransı haqqında danışarkən dedi.  

 E. İbrahimov, həmçinin qeyd etdi ki, bəşəri problem olan koronavirus pandemiyasına qarşı türk dövlətlərinin birgə mübarizəsi, onların öz təcrübələrini bölüşmələri tez bir zamanda bu bəladan yaxa qurtarmağımıza kömək edəcək: 

"Ölkə Prezidenti təşəbbüslə çıxış edərək, Türk Şurasının liderlərini telekonfrans vasitəsi ilə bir araya gətirdi, fövqəladə Zirvə görüşünü təşkil etdi. İstər bu görüşə, istərsə də çətin günlərdə Azərbaycanın dost və qardaş həmrəyliyinə, yardımlarına görə Türk Şurasının liderləri hər biri ayrı-ayrılıqda Azərbaycan Prezidentinə öz minnətdarlıqlarını, təşəkkürlərini ifadə etdilər.

Bildirdilər ki, Azərbaycanın Şuraya sədrliyi çox ağır bir dövrə təsadüf edir, amma  Azərbaycan bu missiyanın da öhdəsindən uğurla, layiqincə gəlməyi bacarır və bacaracaq.

O da birmənalı şəkildə qeyd olundu ki, Türk Şurası dövlətləri və xalqları səylərini bir daha birləşdirməklə, birlikdə koronavirusla bağlı problemlərdən uğurla xilas olacaq.
Azərbaycanın sədrliyi ilə iqtisadiyyat, ticarət və investisiyalar sahəsində əməkdaşlıq daha da möhkəmlənəcək. Ölkələrimizin əlaqələri səmərəli olacaq və xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına şərait yaradacaq".