Vaxt verilib:“Nijdenin büstünü ya sökəcəklər, ya da...”

“Nijdenin büstünü sökmək üçün ermənilərə mayın 9-na qədər zaman verilib”.
 Bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib. Düşmənlərin indiyədək nə qədər vəd verdikləri və onların nə qədərinə əməl etdikləri hər kəsə məlumdur. Bəs bu dəfə?

 Millət vəkili, politoloq Rasim Musabəyov “Sherg.az”a açıqlamasında səslənən iddialara münasibət bildirdi:

“Əlbəttə, sökməlidirlər. Sökməyib, nə edəcəklər?! Özləri etməsələr biz cəmi bircə raketlə büstdən əsər-əlamət qoymarıq. Bu isə nə Rusiyanın xoşuna gələr, nə də Ermənistanın. Büstün sökülməməsi daha konkret addımlar atmaq üçün bizim əlimizə fürsət verəcək”.