Gələn son dəqiqə xəbərinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub.
Bu barədə “Sherg.az” Milliyet.com-a istinadın xəbər verir.
Ağğ Evdən telefon danışığı ilə bağlı açıqlama verilib. Ağ Ev, Ərdoğan ilə Bayden ikitərəfli əməkdaşlıq və regiondakı vəziyyəti müzakirə edib, iyun ayında keçiriləcəyi planlaşdırılan NATO Zirvə toplantısı çərçivəsində görüşməklə bağlı razılığa gəliblər. Telefon danışığı zamanı liderlər dövlətlər arasındakı əməkdaşlığı genişləndirmək, anlaşılmazlıqların aradan qaldırılması və sıx əlaqələrin qurulmasını vurğulayıblar.