Rusiyanın təxribat planı: "Zəngilan və Qubadlı istiqamətindəki atəşlər təkrarlanacaq"

"Ermənistanda seçki öncəsi Azərbaycanla sərhəddə təxribatlar, Baş nazir Nikol Paşinyanın Sunikdə Mehri dehlizi ilə bağlı etirazlarla qarşılanması Rusiyanın planıdır".
Bunu MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
O, "Sherg.az"a açıqlamasında provokasiyaların davamlı olacağını dedi:

"Azərbaycanla Ermənistan arasında  normallaşma prosesinin qarşısını almaq və Azərbaycanı Gömrük İttifaqına üzv etməkdən ibarətdir. Ermənistandan Azərbaycana qarşı Zəngilan və Qubadlı istiqamətində atəş açılması birinci hal olmayacaq. Mümkün təxribatlar olacaq".