Azlıqda qalan partiyaların MSK-da təmsilçiliyi hələ tam müəyyənləşməyib

“Vəhdət Partiyasının namizədinin Mərkəzi Seçki Komisiyasında təmsilçiliyinin təsdiqlənməsi hüquqi və mənəvi məsələdir”.

Bu barədə “Sherg.az”a Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 

Partiya rəsmisi bildirib ki, Vəhdət Partiyası son iki seçkidə parlamentdə təmsil olunmaqla yanaşı aktiv şəkildə dairə və mənətəqə seçki komissiyalarının formalaşmasında iştirak edib: 

“Partiyamız kifayət qədər seçki təcrübəsi toplayıb. Hazırda hakim YAP başda olmaqla bir neçə partiya və bitərəflərin namizədləri məlumdur. Lakin azlıqda qalan partiyaların namizədlərinin müəyyənləşməsi prosesi sona çatmayıb. Bu Vəhdət, Vətəndaş Həmrəyli Partiyası, Real, Maarifçilik və Milli Cəbhə Partiyalarıdır. Real və Milli Cəbhə Partiyaları seçkilərdən sonra rəsmi qeydiyyatdan keçdikləri üçün parlament partiyası statusunu alıblar”.

Məlumat üçün bildirək ki, Vəhdət Partiyası Mərkəzi Seçki Komissiyasının üzvlüyünə Vasif Əfəndiyevin namizədliyini irəli sürüb.