Saakaşvili: "Ölkəmə sərbəst gələ bilmək üçün mənə imkan verilməlidir"

"Ölkəmə sərbəst gələ bilmək və tərəfdarlarım, seçicilərim və Gürcüstan cəmiyyəti ilə əlaqələr qurmağım üçün mənə imkan verilməlidir".

24News.ge xəbər verir ki, bu sözləri Mixeil Saakaşvili, şəxsi facebook səhifəsində yayımladığı video müraciəti zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstanda siyasi münasibətlərin tam normallaşmasına ehtiyac var:

"Siyasi münasibətlərin tam normallaşmasına ehtiyac var, bunun üçün Nika Meliyanın qanuni və tam əsaslandırılmış tələbləri ilə heç bir alçaldıcı şərt qoymadan dərhal həbsdən çıxarılması çox vacibdir. İkincisi, Namaxvani mitinqi zamanı tutulan Acariya sakinləri və həmçinin Giorgi Mumladze kimi fəalların siyasi təqibi dayandırılmalıdır. Və üçüncüsü, ölkəmə sərbəst gələ bilmək və tərəfdarlarım, seçicilərim və Gürcüstan cəmiyyəti ilə əlaqələr qurmağım üçün mənə imkan verilməlidir", - deyə Saakaşvili qeyd edib.

Xatırladaq ki, Saakaşvili bir müddət öncə payızda keçiriləcək seçkilərdə, Gürcüstana qayıdacağı ilə bağlı açıqlama etmişdi.