Akopyan Moskvanı “düşmən” adlandırdı: “Ermənistan hakimiyyəti baş verənlərin əsas günahını Rusiyada görür”

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil.

O, daha sonra bildirib: “Düşdüyümüz indiki durum buna görə baş verir. Rusiya bu səbəbdən bizə müttəfiqdən çox düşməndir. Bu səbəbdən də, biz üzümüzü Qərbə tutmalıyıq”. 

A.Akopyanın fikirlərini “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bəyanatın təəccüblü olmadığını vurğuladı:

“Məğlubiyyətdən sonra bu gözlənilən idi. 44 günlük müharibə yeni reallıq yaratdı. Ermənistan hakimiyyəti baş verənlərin əsas günahını Rusiyada görür. Moskva hətta KTMT vasitəsilə də İrəvana dəstək vermir. Odur ki, Qərbdən gələn dəstəyin, o cümlədən maliyyə vəsaitinin təsiri ilə Anna Akopyan belə ifadə səsləndirib. Üstəgəl, Avropa İtttifaqı ilə bağlanan müqavilə, Qərbə isteqrasiya yolu Ermənistan hakimiyyətinin belə bəyanat səsləndirməsinə bir az da təkan verdi”.