Ərdoğan və Putin görüşəcək  - KODLAR AÇILIR!

Türkiyə və Rusiya prezidentləri arasında görüş avqustda baş tutacaq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Hələlik tarix dəqiqləşməyib. Səfər (Putinin Türkiyəyə səfəri) avqust ayı ərzində baş tutacaq”, - Ərdoğan əlavə edib.  Liderlərin ikitərəfli münasibətlər, Ukrayna və “Taxıl sazişi” ilə bağlı mövzulara toxunacaqları gözlənilir.

Gözlənilən görüşü şərh edən siyasi şərhçi Rusif Məmmədsoy "Sherg.az"a açıqlamasında bildirib ki, Putinin  avqustun sonlarında Türkiyəyə səfəri ötən aydan gözlənilirdi. 

"Bir neçə gün öncə Ərdoğan və Putin arasında telefon danışığı olmuşdu. Telefon danışığının məğzi taxılların daşınması ilə bağlı idi.   Rusiya  - Ukrayna savaşında taxılların daşınmasında ciddi əngəl törədən Şimal qonşumuzu razı salmaq məsələsi prioritet təşkil edirdi. İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin yaşıl işiq yandırması Rusiyada müəyyən qıcıq yaratdı.  Dmitri Peskov  Türkiyənin  NATO üzvü olduğunu başa düşdüklərini açıqladı. Yəni rəsmi Moskva Türkiyənin NATO-nun üzvü olduğunu qəbul edir. Ancaq  Rusiya ətrafında çənbərin daralması, həmin ölkələrin NATO üzvü olması birbaşa rəsmi Moskvanın milli və strateji maraqlarına ziddir. Ona görə də D. Peskov hələ bu görüşün təxirə salındığını bildirdi. Anlaşılan odur ki, avqustun 2-də baş tutan telefon danışığında Ərdoğan və Putin arasında müəyyən razılıq əldə olunub.  Zənnimcə, səfər zamanı əsas müzakirə mövzularından biri taxılların daşınması və Qarabağ ətrafında baş verən proseslərlə bağlı ortaq məxrəcə gəlinməsi ilə əlaqədar olacaq.  Bu gün Qarabağ ətrafında baş verən proseslərdə Türkiyənin rolu daha da artıb. Ərdoğanın açıqlamasında qeyd edib ki, rusların 2025-ci ilin sonuna kimi vaxtı var, bir müddətdən sonra ölkəni tərk etməlidirlər. Əlbəttə, bu məsələ də Rusiyanı narahat edir.  Xüsusilə, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Qərbə absurd açıqlamalar da vermişdi.