Türkiyənin Azərbaycandakı səfiri Anım Günüylə bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı 27 Sentyabr Anım Günüylə bağlı paylaşım edib.
APA xəbər verir ki, paylaşımda deyilir:
“Qardaş Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik!”