Prezident: Ermənistan kütləvi məzarlıqların yeri barədə məlumatları bizə təqdim etməkdən imtina edir

İşğal dövründə 4 minə yaxın azərbaycanlı itkin düşüb.

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağının iştirakçılarına müraciətində bildirib.

“Onlar Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilmiş və kütləvi məzarlıqlarda basdırılıb. Ermənistan hazırda itkin düşmüş bu şəxslərin sonrakı aqibəti, habelə onların basdırıldığı kütləvi məzarlıqların yeri barədə məlumatları bizə təqdim etməkdən imtina edir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.