Biz hesab edirik ki, Azərbaycan tərəfi yalnız Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində deyil, eyni zamanda, arbitraj prosesləri çərçivəsində də Ermənistanın müvafiq qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirib.
XİN rəsmisi qeyd edib ki, bu proses davamlı prosesdir, təqribən 2-3 il ərzində davam edəcək, konkret tarix demək çətindir.