
Politoloq: Tramp başqa addımlar ata bilər
Yusif Nəzərli
05:13 28.11.2024
Siyasət
476
Ermənistan üçün maliyyənin kəsilməsi, azalması onlar üçün fəlakətə bərabərdir
“O yerdə ki erməni faktoru daxil olub, həmin anda Azərbaycanla münasibətlərdə problemlər yaşanıb”
ABŞ-nin yeni prezidenti seçilən Donald Trampın hakimiyyəti dönəmində Vaşinqton-Bakı əlaqələrinin yeni mərhələyə keçəcəyi, kifayət qədər gərginləşmiş münasibətlərin normallaşacağı ehtimal edilir. Ötən gün Prezident İlham Əliyev həmkarı Donald Trampa zəng edərək onu yenidən ABŞ-nin rəhbəri seçilməsi münasibətilə təbrik edib. Ölkə başçısı bildirib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir. Dövlət rəhbəri vurğulayıb ki, Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq. Birinci prezidentlik dövründə Azərbaycan-ABŞ arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib. D.Tramp da öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini qeyd edib. Bu faktın özü belə Tramp administrasiyası ilə Azərbaycan arasında müsbət münasibətlərin inkişaf etdiriləcəyinə dəlalət edir. Nəzərə alaq ki, Tramp Administrasiyasında Azərbaycana qarşı şəxslərin olması heç də ölkəmiz əleyhinə əvvəlki siyasətin davam etdiriləcəyini deməyə əsas vermir.
Təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq İlham İsmayıl "Sherg.az"a deyib ki, 1992-ci ildən bu yana ABŞ ilə Azərbaycan arasında münasibətlər heç də hər zaman hamar olmayıb, müəyyən dərəcədə enişli-yoxuşlu olub. Ekspertin sözlərinə görə, ABŞ-Azərbaycan münasibətlərinin hamar olmamasının əsas səbəbi birmənalı şəkildə erməni faktoru ilə bağlı idi:

"ABŞ hər zaman terrorçuluğa qarşı beynəlxalq mübarizədə Azərbaycana təşəkkürünü bildirib. 1994-cü ildə Əsrin müqaviləsi bağlanarkən də ABŞ-nin ciddi dəstəyi olub. Yəni iki dövlət arasında münasibətlər ermənilərdən kənar normal müstəvidə gedib. O yerdə ki erməni faktoru daxil olub, həmin anda münasibətlərdə problemlər yaşanıb. Xüsusən son zamanlarda münasibətlərdə ciddi gərginlik var idi. Xatırlayırsızsa, 44 günlük Vətən müharibəsi başlayanda Donald Trampın ilkin reaksiyası belə olmuşdu ki, "orada çox ciddi və maraqlı hadisələr baş verir".
İ.İsmayıl əlavə edib ki, Ermənistana maliyyə yardımının ayrılması məsələsində Donald Tramp əvvəlki Administrasiyadan daha praqmatik davranacaq:
"Tramp özü biznesmen olduğu üçün maliyyə məsələsinə çox həssas yanaşır. Ermənistana maddi yardımın ayrılması Vaşinqtonun maraqlarına uyğun gəlmədiyi təqdirdə Tramp başqa addımlar ata bilər. USAİD-in rəhbəri Samanta Pauerin ayırdığı maliyyə var. Bu ilin aprelin 5-də Brüssel görüşündə ABŞ də iştirak edirdi. Görüşdə Ermənistana maliyyə yardımı üçün nəzərdə tutulmuş 250 milyon dollar məsələsinə yenidən baxıla bilər. Hesab edirəm ki, daha praqmatik addımlar olacaq. Ermənistan üçün maliyyənin kəsilməsi, azalması onlar üçün fəlakətə bərabərdir. Cənab Prezidentin həmkarı Donald Trampı təbrikində xüsusilə vurğulanması lazım olan məqam odur ki, əməkdaşlıq məsələsində Azərbaycan-Ermənistan münasibətlərinin adı çəkilmir. Yəni bu bizim daxili işimizdir və bu məsələyə kimlərinsə hansısa formada müdaxiləsi yolverilməzdir. Seçki ərəfəsində D.Trampın erməni məsələsinə iki dəfə münasibəti gündəmə gəlmişdi. Həmin qüvvələr yenidən "ermənilərin Qarabağa qayıtması" məsələsini qabarda bilərlər. Ona görə də diplomatiyamız bu istiqamətdə preventiv addımlar atmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Türkiyə gəmisinə zərbə endirdi: ölənlər var
23:16 19.07.2026
Dünya
DÇ-2026, final: Argentina-İspaniya - Start heyətlər
22:56 19.07.2026
Futbol
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region