"Ermənistanın Suriyaya humanitar missiya göndərməsi müttəfiqlik öhdəliklərinə sədaqətinin göstəricisidir".
Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, dekabrın 4-də hökumət saatında çıxışı zamanı bu məsələyə toxunaraq Ermənistanın Qərbdən gələn tənqidlərə baxmayaraq, müttəfiqi Rusiyanın xahişinə müsbət cavab verdiyini bildirib.
Paşinyan vurğulayıb ki, 2019-cu ildə Ermənistan Suriyaya bir qrup həkim və istehkamçı göndərib. Bu qərar müttəfiq Rusiya tərəfindən edilən müraciətə cavab olaraq verilib. O qeyd edib ki, Ermənistan KTMT-yə üzv ölkələr arasında bu xahişi yerinə yetirən yeganə dövlət olub:
"Biz bu addımı ona görə atdıq ki, müttəfiqlik prinsiplərinə sadiqliyimizi nümayiş etdirək. Halbuki həmin dövrdə, həm də indi, bəzi qüvvələr bizim hökumətimizi 'Qərbin marioneti' adlandırırdı. Amma biz düzgün qərar verdik və müttəfiqlik öhdəliklərimizi tam yerinə yetirdik".